30 Apreldən etibarən Avroviziya 2022 səhnəsi öz qapılarını açır. Artıq təmsilçilər Avroviziya səhnəsində ilk dəfə öz məşqlərini həyata keçirəcək.
Avroviziya mahnı müsabiqəsinin rəsmi akreditasiyalı jurnalistləri olaraq isə 12xal üzvləri müsabiqənin azarkeşləri üçün həyacanı daha da yaxın edir. Belə ki, komanda üzvlərimiz müsabiqənin həm “on-site” (Turində bir-başa arenadan) həm də “online” (mətbuat konfransına onlayn qoşularaq) akreditasiyaları ilə təmin olunmuşdur və bununla da sizlər üçün lazım olan bütün məqamlara toxunma imkanı olacaq. Yəni həm İtaliyada baş verənləri birbaşa oradan sizə çatdıracağıq, həm də media üçün açıq olan bütün məşqləri izləyərək YouTube kanalımızda canlı olaraq şərh edəcəyik.
Nəzərə çatdıraq ki, canlı yayım zamanı izləyicilərin məşq prosesini görmək icazəsi təəssüf ki, yoxdur. Lakin buna baxmayaraq səsi eşidə biləcəksiniz.
Baş tutacaq məşqlərin planı ilə təqvim bölməsinə daxil olaraq tanış ola bilərsiniz. Canlı yayımlarımızı qaçırmamaq üçün YouTube kanalımıza keçid edə və kanala abunə olaraq bildirişləri aktivləşdirməyinizi tövsiyə edirik.