Ölkənin təmsilçisi Mia Dimšić alman kanalı RTL-ə müsahibə verib. O, müsahibəsində Turində bizi necə bir performansın gözlədiyi ilə bağlı ipuclar verib:
“Sürprizlər olsun deyə biz səhnəni tamamilə dəyişmişik”
Bundan əlavə, mahnıya xorvatca sözlərin əlavə olunduğunu lakin, AYB və RAI-dən təsdiqin gəlməyini gözlədiklərini açıqlayıb.
Xatırladaq ki, ən son Avroviziya səhnəsində xorvat dilində mahnını 2020-ci ildə eşidəcəkdik. Keçən il ölkəni təmsil edən Albinanın “Tick-Tock” mahnısı xorvat dilində olsa da, ifaçı sonradan mahnının yekun versiyasını ingiliscə, ancaq sonluğu isə xorvatca oxumuşdu.