TƏMSİLÇİMİZ SONAYA SƏS VER – ONLAYN SƏSVERMƏ İLƏ ÖLKƏNİ QALİB ET

19 Dekabr Fransanın paytaxtı Parisdə baş tutacaq olan 19-cu Uşaq Avroviziya mahnı müsabiqəsində ölkəmiz 3 illik fasilədən sonra təkrar iştirak edir. Müsabiqədə ölkəmizi Sona Əzizova “One of Those Days” mahnısı ilə təmsil edir. Yarı Azərbaycan, yarı ingilis dilində olan mahnı insanları dostluğa və sevgiyə səsləyir.

19 ölkənin (Albaniya, Almaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna) iştirakı ilə baş tutacaq olan müsabiqədə böyüklər üçün nəzərdə tutulan Avroviziyadan fərqli olaraq hər bir ölkə öz ölkəsinə onlayn qaydada (ödənişsiz) səs verə bilmək imkanına malikdir.

YouTube player

Ölkəmiz bu il müsabiqənin əsas favoritlərindən biridir və bu gün ölkəmizə dəstək olaraq Sonanın müsabiqədən yüksək nəticə ilə vətənə qayıtması üçün bizim dəstəyimizə ehtiyacı var. Bəs səsvermə necə baş tutacaq? Aşağıdakı sadə ardıcıllığa əsasən siz səsvermədə iştirak edə bilərsiniz.

Öncəliklə qeyd edək ki, müsabiqənin nəticələri münsiflər heyəti (ümumi səslərin 50%-i) və izləyici (ümumi səslərin 50%-i) səsverməsi əsasında qurulur. İzləyicilər müsabiqədə öz ölkəsinə (eyni zamanda favoritlərinə) ən azı 2 dəfə səsvermə imkanına sahib olur.

1-ci hissə:

17 Dekabr Bakı vaxtı ilə 23:00-da (20:00 CET) başlayacaq və 19 dekabr müsabiqə başladıqda yəni saat 19:00-da (16:00 CET) sona çatacaq. Səsvermə burada başlayacaq ( http://jesc.tv/ ) və mütləqdirki, siz 3 ölkəyə (öz ölkəniz daxil) səs verəsiniz. Səsvermə zamanı öncəliklə hər bir təmsilçinin mahnısının yer aldığı bir videoçarxı izləməli olacaqsınız. Video başa çatdıqdan sonra isə siz səs verə biləcəksiniz. Bu zaman Azərbaycan ( Sona Azizova – One of Those Days) və digər 2 ölkəni seçərək səsverməni təsdiq edən düyməni klikləyəcəksiniz. Bununla da sizin səsiniz qəbul edilmiş olacaq.

2-ci hissə:

Ölkəmizə ikinci dəfə səs verərək daha yaxşı nəticə əldə etməsi üçün sizin ikinci bir şansınızda var. Bu şans isə sizə 19 dekabr müsabiqə başladıqdan və son iştirakçı ölkə yəni Portuqaliyanın təmsilçisi çıxışını tamamladıqdan sonra 15 dəqiqə olmaqla veriləcək. İfaçı çıxışı sona yetirdikdən sonra aparıcılar səsvermənin təkrar açıq elan edildiyini bəyan edəcək və bu zaman 15 dəqiqə ərzində təkrar yuxarıda qeyd olunan eyni sayta daxil olaraq heç bir videonu izləmədən birbaşa həmin platformadan eyni qaydada ölkəmiz daxil olmaqla 3 ölkəyə səs verə biləcəksiniz.

YouTube player

3 thoughts on “TƏMSİLÇİMİZ SONAYA SƏS VER – ONLAYN SƏSVERMƏ İLƏ ÖLKƏNİ QALİB ET

  1. Soyuq İsveç ölkəsindən Vətənim Azərbaycana isti sevgi və Salam olsun!
    Uğurlar Sona, var ol Odlar Diyarı Azərbaycanım! Daim zirvələrdə!

    Hörmətlə,
    Nailə Ələsgərova

  2. Mən səsverməni tamamlay bilmirəm. Sonda göstərilən şifrəni yazıram amma heç bir halda qəbul etmir. Görəsən niyə? Bəlkə mən nəyi isə düz etmirəm?

Leave a Reply