NİDERLANDI S10 TƏMSİL EDƏCƏK

Alternativ pop müğənnisi S10 Niderlandı Avroviziya 2022 mahnı müsabiqəsində təmsil edəcək.

21 yaşlı müğənninin əsl adı Stien den Hollanderdir. Mahnıları ilə həmişə özünün şəxsi hekayələrini danışan Stien üçün mahnıların ən vacib hissəsi onların öz dilində olmasıdır.

S10-nun ilk albomunu cəmi 17 yaşı olarkən işıq üzü görüb.

S10 Avroviziyadan danışırkən:

Musiqi mənim üçün hər şey deməkdir. Ümid edirəm ki, mənim musiqim başqa insanların həyatına nə isə gətirəcək, çünki mənim həyatıma çox şey qatıb. Buna görə də, Avroviziyada iştirak etməyin ideyası belə məni sevincdən partlayacaq səviyyəyə gətirə bilər. Ölkəmi təmsil etmək mənim üçün böyük bir qürurdur.”

Yayımçı kanalın baş meneceri Eric van Stade, S10 haqqında danışırkən “O özünə və bənzərsiz stilinə sadiq qalır. Bu isə o deməkdir ki, biz 11 ildə ilk dəfə Niderland dilində mahnı göndəririk.”

Qeyd edək ki, mahnı ilə əlaqədar daha ətraflı məlumat yaxın günlərdə açıqlanacaq.

Leave a Reply