BU İL MELFEST AUDİTORİYA İLƏ BAŞ TUTACAQ

Yayımçı kanal SVT “Melodifestivalen 2022” milli seçim turlarına 8 noyabrdan etibarən bilet satışlarının başlayacağını ictimaiyyətlə bölüşüb.

LiveNation.se saytından əldə olunacaq bilet sahibləri pandemiya səbəbilə 1 illik fasilədən sonra ölkənin əsas musiqi proqramı və Avroviziya seçim turu sayılan Melfesti canlı olaraq izləyə biləcək.

Şoular aşağıdakı tarixlərdə baş tutacaq:

Yarıfinal 1: Malmö – Malmö Arena (5 Fevral)

Yarıfinal 2: Gothenburg – Scandinavium (12 Fevral)

Yarıfinal 3: Linköping – Saab Arena (19 Fevral)

Yarıfinal 4: Lidköping – Sparbanken Arena (26 Fevral)

İkinci şans: Örnsköldsvik – Hägglunds Arena (5 Mart)

Final: Stockholm – Friends Arena (12 Mart)

YouTube player

Melfestin bu ilki aparıcısı isə Oscar Zia olacaq. Qeyd edək ki, bundan öncə 3 dəfə müsabiqədə iştirak etmişdir. 2013-cü ildə müsabiqədə iştirak edən Behrang Miri’nin bekvokalisti, 2014-cü ildə solo ifaçı kimi müsabiqəyə qatılaraq finalda 8-ci oldu, son dəfə isə 2016-cı ildə müsabiqədə təkrar iştirak edən Oscar final günü 2-ci yerə layiq görülmüşdür. Həmçinin, ötən il baş tutan Melodifestivalen – 2-ci yarımfinalında Christer Björkman və Anis Don Demina ilə birlikdə aparıcılıq etmişdir.

Leave a Reply