Son illərdə adı istər Azərbaycanda, istərsə də Rusiyada Avroviziya pərəstişkarları arasında tez-tez hallanan əslən azərbaycanlı rus ifaçısı JONY’nin son illərdə müsabiqədə iştirak barəsində gələn bütün təklifləri rədd etdiyi bildirilir. Bu haqqda Atlantic Records Russia direktoru, digər əslən azərbaycanlı ifaçı Bahh Tee danışıb.
“JONY’nin böyük perspektivləri var. Əgər özü istəsə. Hələ ki, o bundan imtina edir. Hətta Avroviziyadan 2-3 dəfə imtina edib. Ona həm Azərbaycan, həm Rusiyadan bu barədə təkliflər gəlmişdi. Daha doğrusu, imtina edib demək düzgün olmaz. O istərdi amma qrafik buna hələ ki imkan vermir.” — deyə Bahh Tee bildirib.
Bununla yanaşı, əgər gələcəkdə belə bir təklif və JONY-in öz istəyi olarsa, musiqi şirkəti ifaçı üçün heç bir məhdudiyyət yaratmayacağını qeyd edib.
Qeyd edək ki, həm JONY, həm Bahh Tee bu il Avroviziya sırası Efendi’yə dəstək paylaşımları etmişdirlər.
Mənbə: Wiwibloggss, YouTube (Надежда Стрелец)