AVROVİZİYA 2022: TURİNİ 10 ADDIMDA TANIYAQ

Avropa Yayımları Birliyi nəhayət ki, Avroviziya 2022-ə ev sahibliyi edəcək şəhərin adını açıqlayıb.

Turin şəhəri 2022-ci ildə dünyanın ən nüfuzlu mahnı müsabiqəsinə ev sahibliyi edərək öz qapılarını avropalı azarkeşlərin üzünə açacaq.


“Måneskin” qrupu Avroviziya 2021 müsabiqəsini qazandıqdan dərhal sonra, İtaliyanın rəsmi yayım hüququ olan kanalı RAI və AYB ev sahibi şəhəri axtarmaq üçün iş birliyinə başladılar. Rotterdam şəhəri və AYB RAI-ə lazım olan bütün sənədləri göndərmişdi. İtalyan şəhərlərinə və əyalətlərinə tender üçün elan verildi. Tenderin əsas şərtləri isə minimum 8000 nəfərlik tutuma malik qapalı arena; şəhər mərkəzinə 90 dəqiqəlik hava limanı, hotel, klub və restoran kimi müsabiqəyə gələn tamaşaçılara xidmət edəcək ictimai iaşə obyektlərinin olması və s. Avroviziya 2022-ə ev sahibliyi etmək üçün İtalyanın müxtəlif əyalətləri də daxil olmaqla, 17 şəhər tendərə qatılmağı təsdiqləmişdi. Bu şəhərlər aşağıdakılardır:

Bologna
Genoa
Florence
Milan
Rome
Turin
Alessandria
Matera
Pesaro
Rimini
Viterbro
Acireale (Catania)
Bertinoro di Romagna (Forlì – Cesena)
Jesolo (Venice)
Palazzolo Acreide (Syracuse)
Sanremo (Imperia)
Trieste

Tenderdən sonra 24 avqust tarixində Avroviziya 2022-ə ev sahibliyi edə biləcək potensial şəhərlərin sayı 5-ə endirildi:

– Milan;
– Turin;
– Bologna;
– Rimini;
– Pesaro.

Və nəhayət ki, bugün ev sahibi şəhərin adı rəsmi olaraq açıqlandı. Beləliklə, Turin şəhəri gələn il Avropanın ən mötəbər mahnı müsabiqəsinin əsas məkanı olacaq.

İndi isə gəlin, Turinlə bağlı bir sıra maraqlı məlumatlara nəzər yetirək:

  1. Turin adının mənası Kəlt dilində “dağlar” mənasına gələn Tau sözüdəndən gəlir. İtaliyanca isə bu şəhərin adının mənası “kiçik buğa” olduğuna görə onun gerbində və bayrağında buğa şəkli var.
  2. 2006 Qış Olimpiya oyunlarına ev sahibliyi etmişdir.
  3. Turində Roma üslublu abidələr çoxluq təşkil etdiyi üçün İtalyanlar Turini “ikinci Roma” adlandırır.
  4. Şəhər 1997-ci ildən UNESCO-nun maddi mədəni irsi siyahısına daxil edilmişdir.
  5. Turin şəhəri müəyyən dövr ərzində İtaliyaya paytaxtlıq da etmişdir.
  6. İqtisadiyyat cəhətdən İtaliyanın 3cü böyük şəhəridir. Şəhəri “Avtomobil sənayesinin ürəyi” adlandırırlar.
  7. İtaliyanın qış turizmində ən hətta tək gəlir gətirən bölgədir. Qış aylarında ölkə büdcəsinin 40%-dən çoxu Turinin kurourt-turizm imkanlarından gələn gəlirdir.
  8. Şəhərdə olan bir çox tarixi saraylar UNESCO-nun maddi mədəni irsi siyahısına daxil olunmuşdur.
  9. “Turin Universiteti” 1404-cü ildə tikilmişdir. Ən qədim Avropa universitetlərindən biridir.
  10. 2006-cı ildə UNESCO tərəfindən “Dünyanın kitab paytaxtı” seçilmişdir.

Beləliklə, Turin şəhərinin son illərdə Avroviziyaya ən gözəl ev sahibliyi etmiş şəhərlərdən biri olmasını gözləyirik.

Leave a Reply