EHTİYAT ÇƏKİLİŞİN VAXTI BƏLLİ OLDU

Bildiyiniz kimi müsabiqədə bu il ola biləcək hər hansı problem zamanı əgər təmsilçilər müsabiqənin baş tutacağı Rotterdam şəhərinə gedə bilməzsə öncədən çəkilmiş ehtiyat kadr ilə birbaşa şouya qoşulacaq.

Ölkəmizi müsabiqədə bu il “Mata Hari” mahnısı ilə təmsil edən Efendi üçün ehtiyat çəkiliş isə 25 mart tarixində baş tutacaq.

Qeyd edək ki, çəkilişlər müsabiqənin ölkəmizdəki yayım hüquqlarına sahib olan İctimai Televiziya və Radio yayımları şirkətində qeydə alınacaq.

Azərbaycan bu il “Avroviziya 2021” mahnı müsabiqəsinin İlk Yarımfinalının ikinci hissəsində çıxış edir. 18 mayda baş tutacaq müsabiqədə çıxış edəcəyimiz sıra nömrəsi yaxın günlərdə açıqlanacaq.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading