BELÇİKA: MİLLİ SEÇİM TURU ÜÇÜN AÇIQ QEYDİYYAT OLMAYACAQ

Belçikanın yayımçı kanalı VRT “Eurosong 2023” iştirakçılarını qapalı şəkildə, heç bir qeydiyyat olmadan seçəcək.

Bu yay VRT Avroviziya 2023 mahnı müsabiqəsində ölkənin təmsilçisi və mahnısını qapalı seçim turu vasitəsilə seçəcəyini elan etmişdi. Milli seçim turunda iştirak edəcək müğənnilər necə seçiləcəyi isə sual altında idi.

Bugün yayımçı kanal bu sualı cavablandırıb. VRT kanalının səs rejissoru Gerrit Kerremans-ın “Songfestival.be”-a verdiyi məlumata, əsasən, seçim turunda iştirak etməyə maraq göstərənlər üçün açıq şəkildə qeydiyyat olmayacaq. İştirakçılar birbaşa yayımçı kanal tərəfindən seçiləcək. Onun sözlərinə görə, yayımçı kanal “Eurosong 2023”-də görmək istədiyi müğənnilərlə və onların fəaliyyət göstərdiyi musiqi şirkətləri ilə əlaqəyə keçib.

Seçim turunun nə vaxt və hansı qaydada keçiriləciyi ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Xatırladaq ki, Belçikanın yayımçı kanalı “Eurosong” adlı milli seçim turunu ən son 2016-cı ildə keçirib. Həmin il ölkəni “What’s the Pressure” mahnısı ilə Laura Tesoro təmsil edərək 10-cu yeri tutub.

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading