BELARUSİYA YARIŞMADAN KƏNARLAŞDIRILA BİLƏR

Belarusun mahnısı çıxdıqdan bir neçə gün sonra insanlar arasında böyük bir rezonansa səbəb oldu. Mahnı müsabiqənin pərəstişkarları tərəfindən müsbət qarşılanmadı. Belə ki, mahnının sözləri Belarusiyadakı hazırkı siyasi prosesləri özündə əks etdirir. Buda istər belarusiya xalqı istərsə də Avroviziya fanatlarının AYB-ə etiraz etməsi ilə nəticələndi.

Bir neçə gün olan susqunluğa son qoyan AYB bu məsələ ilə bağlı rəsmi açıqlama elədi:

“AYB birliyi Belarusiyanın mahnısını analiz etmiş və nəticədə belə qərara gəlinmişdir ki mahnı yarışmanın qaydalarını pozur. Müsabiqədə iştirak edən BRTC kanalına bu barədə müraciət edilmiş və bu mahnının indiki formada yarışmada iştirak etməsinin qeyri-mümkün olduğu bildirilmişdir ki, bu cür mahnılar yarışmanı nüfuzdan salır. Həll olaraq mahnının dəyişdirilməsi və ya tamamilə yeni bir mahnı hazırlanması təklif edilmişdir. Əks təqdirdə, ölkə müsabiqədən kənarlaşdırılacaqdır.”

Belarusiyada baş verən bəlli hadisələr sırf insanlarda qıcıq oyatmaq üçün mahnıda yer alırdı. Təbbi ki, diktaturanın Avroviziya mahnısında təbliğatı ən qəbuledilməz bir situasiyadır. Mahnının sözləri təxminən bu şəkildədir :

“Mən çaldığım havaya oynamalısan. Sənə mənə tabe olmağı öyrədəcəm. Səni tilovumla ovlayacam” və s.

Görünür ki, öz xalqıma hörməti olmayan diktator dostluq və sülh üçün nəzərəd tutulmuş yarışmanı da öz üsulu ilə kirlətməyə çalışıb, xoşbəxtlikdən rəsmi qurumlar buna səssiz qalmadı.

Qeyd edək ki, mahnı müsabiqənin rəsmi YouTube kanalında ən çox bəyənməmə alan videodur. Daha doğrusu idi. Çünki artıq klip kanaldan silinib.

Ümid edirik ki, Belarusiya xalqının ürəyincə olan yeni bir nömrə görəcəyik. Yarışmada iştirakçı sayının azalması heçdə yaxşı hal deyil. Kazna, Zena və s. kimi fanatlar tərəfindən arzu olunan namizədlər var. Lakin, hər şey yayımçı kanal və yəqin ki, korrupsiyaner rejimdən asılıdır.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading