POLŞA “THE RİDE” MAHNISI İLƏ TƏMSİL OLUNACAQ

Polşanı 2021-ci ildə müsabiqə də təmsil edəcək ifa açıqlandı. Rafał Brzozowski, “The Ride” ilə “Avroviziya 2021” Mahnı Yarışmasında Polşanı təmsil etmək üçün seçildi.

Polşa, “Szansa na Sukces 2020”-ni Alicja Szemplińska qazandıqdan sonra Avroviziya 2020 Mahnı Yarışmasında Empires mahnısı ilə təmsil olunacaqdı. Lakin pandemiya ilə əlaqədar olaraq müsabiqə ləğv olunduqdan sonra bu il Polşa fərqli iştirakçı seçdi. Bu günə qədər heç bir xəbər verməyən Polşanın televiziya yayımçısı TVP, Avroviziya 2021 Mahnı Yarışması üçün planlarını yeni açıqladı: Rafał Brzozowski “The Ride” mahnısı ilə Polşanı Rotterdamda təmsil edəcək. Rafał Brzozowski yayımçı şirkət tərəfindən daxili olaraq seçildi.

YouTube player

Rafałın musiqi karyerası 2002-ci ildə Szansa na sukces televiziya proqramına qatıldıqdan və Emigranci qrupunun üzvü olandan sonra başladı. O, həm də Mono qrupunun üzvü idi. 2012-ci ildə Polşada 2012 və 2013-cü illərin ən çox yüklənən mahnısı olan “Tak blisko” mahnısını buraxdı. O vaxtdan bəri ifaçı dörd studiya albomunu çıxarmışdır.

2019-cu ildə Rafał Avroviziyada Polşa münsiflər heyətinin üzvü idi və Varşavada ev sahibliyi etdiyi Uşaq Avroviziya Mahnı Yarışması 2020-nin üç aparıcısından biri idi.

Mənbə: EurovisionWorld

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading