AVROVİZİYA 2021 MAHNIMIZIN TEASERİ YAYIMLANDI

Bu il Rotterdamda baş tutacaq olan 65-ci Avroviziya mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Efendinin səhnədə ifa edəcəyi mahnının anonsu (teaser) təqdim olunub.

Yayımlanan anonsda qeyd olunana əsasən bəlli olub ki, Azərbaycanın Avroviziya mahnı müsabiqəsində bu ilə olan mahnısı martın ayını 15-də yayımlanacaq.

Başda yerli Avroviziya pərəstişkarları olmaqla bütün pərəstişkarların səbrisizliklə aylardır gözlədiyi mahnı və klip üçün geri sayım artıq rəsmi olaraq başladı. Təqdim olunan anonsda bəzi diqqət çəkən məqamlar öz əksini tapmışdır ki, həmin fotoları təqdim edirik:


Qeyd edək ki, Samirə Efendi mayın 18-də baş tutacaq ilk yarımfinalin ikinci hissəsində səhnə alacaq və final uğrunda mübarizə aparacaq. Keçən il bizi müsabiqədə “Cleopatra” mahnısı ilə təmsil edən Efendinin bu il də ölkəmizi layiqincə təmsil edəcəyindən əminik və komandamıza uğurlar arzu edirik.

YouTube player

Qeyd edək ki, Azərbaycan “Avroviziya” mahnı müsabiqəsində ilk dəfə 2008-ci ildə qatılmışdır. Qatıldığımız zamandan bu vaxta qədər 1 qələbəmiz və 2 dəfə ikinciliyimiz olmuşdur. 11 dəfə böyük finala qələbə qazan bilən ölkəmiz, cəmi bir dəfə bu şansını itirmişdir.

One thought on “AVROVİZİYA 2021 MAHNIMIZIN TEASERİ YAYIMLANDI

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading