ROXEN BU İL “AMNESIA” SÖYLƏYƏCƏK

Avroviziya 2021″-də Ruminiyanı keçən ildə olduğu kimi Roxen təmsil edəcək. Təqdim olunan mahnı isə “Amnesiaadlanır.

Roxen, Pandemiya səbəbiylə yarışma ləğv edilmədən əvvəl Rumıniyanı “Alcohol You” mahnısı ilə “Avroviziya 2020” Mahnı Yarışmasında təmsil etmək üzrə idi. Lakin yarışma ləğv edildikdən sonra Rumıniya milli yayım şirkəti olan TVR, bir daha Roxen’i “Avroviziya 2021” üçün göndərməyi seçdi. Amneziya Adelina Stinga və Victor Bourosu tərəfindən yazılıb və bəstələnib, Roxen bu mahnının onun üçün xüsusi önəm daşıdığını etiraf edir: “Ötən il bir az rollercoaster kimi idi, həqiqətən yaxşı anlarla və bəzi aşağı məqamlarla da dolu idi. Sonda mənə ən çox motivasiya verən şey, həqiqətən möhtəşəm layihələrimin olması idi. Amneziya bir şəkildə bütün repressiya olunan hisslərə və səsləri eşidilməyən insanlara səs verməyə müvəffəq olur, mənim üçün inanılmaz özəl bir məna daşıyır. Bu müddət ərzində yanımda olan və mənə lazım olan bütün dəstəyi təqdim edən hər kəsə təşəkkür edirəm.”

Roxen, Rumıniyanın kiçik bir şəhəri olan Klujda anadan olub və 7 yaşından bəri mahnı oxuyur. Erkən yaşlarında bir neçə musiqi yarışmasında qalib gəlib və o vaxtdan bəri musiqi onun həyatı və xilaskarıdır. Uşaq yaşlarından Roxen sənət sahələri ilə məşğul olmuşdur: kitab yazmaq və nəşr etmək, məktəb festivallarında mahnı oxumaq, aktyorluq və kinoteatr. Roxenin tək qabiliyyətinin musiqi ifa etmək olmadığını və onu həm də bir sənətkar olduğunu deyə bilərik. Bu onun yaradıcı klipindən və mahnısının daşıdığı mənadan da seçilir.

YouTube player

Ruminiya yarışmaya ilk dəfə 1994-cü ildə qatılmışdı. Ölkə yarışmada qalib ola bilməsə də iki dəfə 3-cü ola bilmişdir. Xüsusiliklə 2010-cu ildə ölkəyə 3-cü yeri gətirən “Playing with fire” mahnısı müsabiqəni yaxından izləyən tamaşacıların yadddaşında iz qoymuş ifalardan biridir. Ruminiyaya digər üçüncülüyü isə 2006-cı ildə “Let me try” mahnısı gətirmişdir. Bəlkə də bu il ölkə öz rekord nəticəsini əldə edə bilər :)

YouTube player

Mənbə: Wikipedia, Eurovision world

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading