JEANGU MACROOY “BİRTH OF NEW AGE ” MAHNISINI YAYIMLADI

Jeangu Macrooy ev sahibi Niderlandı “Avroviziya 2021” Mahnı Yarışmasında təmsil edəcək. Onun “Birth of A New Age” adlı mahnısı ayın 4-ü çıxan digər mahnılardan biri oldu.

Covid-19 pandemiyası səbəbiylə Eurovision 2020 Mahnı Yarışması ləğv edilmədən əvvəl “Grow” mahnısı ilə ölkəni təmsil etmək üçün seçilən ifaçıya yenidən şans verildi. Milli yayımçı AVROTROS, Jeangu-ya bir daha məsuliyyətini həvalə etdi və o 2021-ci ilin mayında Niderlandı bir daha evində təmsil edəcək. Jeangu Macrooy, yarışmada “Yeni Bir Çağın Doğuşu” mahnısını səsləndirəcək. 2019-cu ildə aldığı qalibiyyət ilə ölkə Eurovision 2021-in “Böyük Finalın”-da avtomatik iştirak şansı qazanmış oldu.

Yeni Çağın Doğuşu yeni bir dövrün başlanğıcından bəhs edir. Mahnı Jeangu Macrooy və uzun müddətdir ona əməkdaşlıq edən Perquisite tərəfindən yazılıb bəstələnmişdir. Mahnıda ifaçının doğma dili olan və “Avroviziya” -da ilk dəfə yer alacaq Tonqa dilindən istifadə olunmuşdur.

Mahnının ilk təqdimatı zamanı Jeangu deyir: “Mahnı özləri üçün ayağa qalxan və orijinallığının gücünü qeyd etməyə cəsarət edən hər kəs üçün bir öyüddür.” Mahnıda bir çox yerli və etnik elementlər seçilir. Bu da bizə mahnının orjinallığını göstərir.

Niderland tarixən ən uğurlu 10 Eurovision ölkəsindən biridir. 1956-cı ildəki debütlərindən bəri 60 dəfə “Avroviziya” Mahnı Müsabiqəsinə beş qələbə ilə qatıldılar:

1957: Corry Brokken – Net Als Toen
1959: Teddy Scholten – Een Beetje
1969: Lenny Kuhr – De Troubadour
1975: Tadris Edin – Ding-A-Dong
2019: Duncan Laurence – Arcade

YouTube player

Mənbə: EurovisionWorld

%d bloggers like this: