Ötən gecə Norveçdə keçirilən “Melodi Grand Prix 2021”-də izləyicilərin bir neçəsi səsvermə problemi ilə üzləşib.
Bununla bağlı İnge Thorud rəy bildirib:
“Keçən ilkinə nisbətən daha çox səs almışıq. Anlayırıq , bəzi izləyicilərin səsverə bilməməsi təbii olaraq bizi məmnun etmir və insana qıcıq verir.”
O qeyd edib ki, problemin qaynağı çoxlu sayda istifadəçinin axın etməsidir ki, bəzilərində şübhəli məqamlar var. Dünən 2 milyona yaxın insan səs verib.
“Səsverə bilməyən insanların sayı səsverənlərə nisbətən çox azdır, lakin bu üç səsvermə raundunda da nəticələrə təsir etmə gücündə deyil…”.
Qeyd edək ki, dünən baş tutan Norveç milli seçim turunun qalibi “Fallen Angel” mahnısı ilə TIX olub. O, öz ölkəsini bu il “Avroviziya 2021” mahnı yarışmasında təmsil edəcək.
Mənbə: VG