Və nəhayət bu uzun gecənin son milli seçim turu başa çatdı. Portuqaliyada bu gecə “Festival da Canção”-nin İlk Yarımfinalı baş tutdu. Nəticədə ilk beş finalçı bəlli oldu.
Portuqaliyanı “Avroviziya 2021” mahnı yarışmasında Rotterdamda təmsil edəcək ifaçının adını müəyyənləşdirəcək “Festival da Canção 2021” bu gün İlk Yarımfinalı ilə başladı.
On nəfərin yarışdığı bu gecədə, yalnız beş nəfər finala vəsiqə qazandı:
The Black Mamba – Love is on My Side;
Valéria – Na Mais Profunda Saudade;
Fábia Maia – Dia Lindo;
Karetus & Romeu Bairos – Saudade;
Sara Afonso – Contramão.
İştirakını yekunlaşdıran iştirakçılar:
mema. – Claro Como Água;
Nadine – Cheguei Aqui;
Miguel Marôco – Girassol;
IRMA – Livros;
IAN – Mundo.
Növbəti yarımfinal gələn həftənin şənbə günü, fevralın 27-si. Final isə martın 6-sı baş tutacaq.