DANİMARKA: MAHNILAR FEVRALIN 10-U TƏQDİM OLUNACAQ

“Dansk Melodi Grand Prix 2021”-in detalları açıqlanıb. Aparıcı və mahnıların təqdimat tarixi bəlli olub.

Belə ki, hər il Danimarkanın “Avroviziya” təmsilçisinin bəlli olduğu “Dansk Melodi Grand Prix” yarışmasının bu ilki aparıcıları Martin Brygmann və Tina Müller olacaq. Bu haqqda məlumatı ölkənin yayımçı kanalı DR məlumat yayıb.

Aparıcılar ilə yanaşı müsabiqə iştirakçılarının mahnılarının təqdim ediləcəyi tarix də açıqlanıb. Belə ki, ölkənin “Avroviziya 2021” təmsilçisi adı uğrunda mübarizə aparacaq səkkiz mahnı Fevralın onunda yayımlanacaq.

Müsabiqə özü bu il COVID-19 pandemiyası səbəbi ilə televiziya studiyasında Martın altısında keçiriləcək. İkinci il ardıcıl olaraq ifaçıları canlı orkestr müşahidə edəcək.

Qeyd edək ki, ötən il “Yes” mahnısı ilə “Dansk Melodi Grand Prix 2020” qalibi Ben & Tan bu il müsabiqədə iştirak etməyəcəklərini daha öncə açıqlamışdılar.

YouTube player

Mənbə: DR

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading