FINLANDİYA: BLIND CHANNEL İLİN İLK FAVORİTİNƏ ÇEVRİLİR

Yeni favorit gəlir? Ötən il ərzində milli seçım turları üçün hazırlanan bütün mahnılar bir-bir yayımlanır. Bu məqamda isə “bookmaker”-lər qalibi təxmin etməyə çalışırlar.

Hər il müəyyən ölkələr mərclərin başladığı ilk gündən cədvəli ən yuxarısında olur. Lakin bir çox ölkə gözlənilmədən bizləri təəccübləndirməyi bacarır. Bu il belə ölkələrdən ilki Finlandiya oldu.

Ötən həftədən yayımlanmağa başlayan mahnılar arasında ən son yayımlanan Blind Channel qrupunun “Dark Side” mahnısı oldu. Mahnı bəlli olduğu andan etibarən cədvəldə yüksəlməyə başlayan Finlandiya, bir-neçə dəqiqə öncə artıq zirvəyə çatdı. Hal-hazırda “bookmaker”-lər Finlandiyanı 9% şans ilə qalıb görürlər.

YouTube player

Hal-hazırda Finlandiya milli seçim turu “UMK 2021”-in yeddi mahnısından altısı təqdim olunub:

  1. OSKR – Lie;
  2. Teflon Brothers & Pandora – I Love You;
  3. Danny – Sinä päivänä kun kaikki rakastaa mua;
  4. Laura Põldvere – Play;
  5. Aksel – Hurt;
  6. Blind Channel – Dark Side.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading