2022 UŞAQ AVROVİZİYA MAHNI MÜSABİQƏSİNİN TƏFƏRRÜATLARI AÇIQLANDI

Ermənistan yayımçı kanalı AMP TV bu gün ölkənin Uşaq Avroviziya 2022 təmsilçisini açıqlamaq üçün təşkil etdiyi mətbuat konfransında, Uşaq Avroviziya 2022 mahnı müsabiqəsi haqqında ətraflı məlumat verib.

Kanalın məlumatına görə, müsabiqənin rəsmi açılış mərasimi 5 dekabr tarixində Yerevanın Respublika meydanında baş tutacaq. Açılış mərasimi zamanı püşkatma baş tutacaq və hansı ölkənin açılış edəcəyinə, o cümlədən də ev sahibi Ermənistanın hansı sırada çıxış edəcəyinə aydınlıq gətiriləcək.

YouTube player

Açılış mərasimində bütün Uşaq Avroviziya 2022 təmsilçiləri meydanda böyük bir yolkanın işıqlarını birlikdə yandıracaqlar. Normalda bu hadisə ölkədə 25 dekabr tarixində baş tutsa da, bu il ölkə müsabiqə üçün tarixi irəliyə çəkəcək.

Ötən müsabiqənin qalibi Malena isə final gecəsində yeni bir mahnı ifa edəcək. Müsabiqə biletlərinin qiyməti isə 12-74$ arasında dəyişəcək.

YouTube player

Səs vermədə isə bir dəyişiklik olmayacağını söyləyən kanal, əvvəlki sistemlə müsabiqənin qalibin təyin olunacağını söyləyib.

Bundan başqa final gecəsinə bir sıra keçmiş Uşaq Avroviziya qaliblərinin, başda Viki Gabor olmaqla dəvət olunacağını kanal sözlərinə əlavə edib.

YouTube player
%d bloggers like this: