Gözlənilməz xəbər gəldi! Belarusiya “Avroviziya 2021”-də iştirakdan imtina edir!
Belarusiya Mədəniyyət Həmrəyliyi Fondu “Belteleradio” şirkətinin Avropa Yayım Birliyindən (AYB) xaric edilməsi və “Avroviziya” yayım və iştirak hüququndan məhrum edilməsi üçün kampaniyanın başladığını elan etdi. Müvafiq məktub Avropa Yayım Birliyinin Cenevrədəki ofisinə göndərilib.
Beləliklə, nəzərə alsaq ki, Avropa ölkədə keçirilən son prezident seçkilərini tanımadığı üçün, biz, çox güman, Belarusiyanı qarşıdan gələn Rotterdamdakı müsabiqədə görməyəcəyik.
Xatırladaq ki, ölkəni “Avroviziya 2020” mahnı müsabiqəsində Val qrupu “Da Vidna” mahnısı ilə təmsil etməli idi.