Azərbaycanı Avrovizya 2021də təmsil edəcək Samirə Əfəndi yeni xəbərləri ilə fanatları sevindirib. Yarışmanın ləğv olunmasından sonra Samirə haqqında elə də çox şey eşitməsək də nəhayət ki,o,öz açıqlaması ilə azərbaycanlı fanatların sevincini iki etdi. Samirənin dediyinə görə artıq mahnı seçimi prosesi gedir və seçiləcək mahnının Cleopatradan daha çox rəğbət görəcəyinə inanır.
Qeyd etmək lazımdır ki, yarışma ləğv olunduqdan sonra İctimai Radio və Televiziya Yayımları Şirkəti Əfəndini Azərbaycanın Avroviziya 2021 siması kimi seçmişdir.
Bəs sizin gözləntiləriniz nədir? Sizcə Əfəndi 2021-ci ildə də səs-küy yarada biləcəkmi?