AISEL AVROVİZİYA HAQQINDA DANIŞDI

Azərbaycanın “Avroviziya 2018”-də təmsilçisi verdiyi son müsahibələrdən birində “Avroviziya” haqqında danışıb.

Aisel keçdiyimiz günlərdə 24media.az-a öz müsahibəsini verib. Müsahibə zamani “Avroviziya”-nın onun həyatındakı rolundan danışıb:

– “Avroviziya”da iştirakınızdan əvvəl: ” Yarışmanın heç bir inkişafa və sənətə dəxli yoxdur”, – demişdiniz. İndi necə düşünürsünüz, yarışma sizin fəaliyyətinizə necə təsir etdi?

– Demək istəyirdim ki, nəticələrin sənətə, inkişafa dəxli yoxdur. Amma həyatımda müsbət tərəfləri çox oldu. Daha çox auditoriya əldə etdim və indiyə qədər də bu auditoriya mənimlədir, məni dəstəkləyir. Dünya mediasında çox tanınırsan, bu baxımdan “Avroviziya” çox şey verib mənə.

Müğənni son aylarda kifayət qədər populyarlaşan Azərbaycan dilindəki son mahnılarından da danışıb. Komandasının tamaşaçılardan bu cür reaksiya gözləmədiyini söyləyib. “Demə mənə neyləyim”-in ilk parçasını paylaşdıqları zaman, bu bir eksperiment olub. Yaxşı bir reaksiya aldığına görə Aisel, mahnının tam versiyasının paylaşılmasına qərar verdiklərini söyləyib.

Tamaşaçıların bu cür müsbət reaksiyası və son mahnıların aldığı populyarlıq ona və komandasına növbəti layihələrin həyata keçirilməsi üçün ilham verir deyə, Aisel söyləyib:

“Dəstəkləri üçün dərin minnətdarlığımı bildirirəm. Auditoriya 3-4 ay ərzində məni çox dəstəklədi, onların dəstəyi ilə özümdə güc görüb növbəti proyektləri ərsəyə gətirirəm, çox sağ olsunlar.”.

Leave a Reply