13 ÖLKƏ ÖZ İŞTİRAKINI TƏSDİQ EDİR

Avropa Yayım Birliyi (EBU) “Uşaq Avroviziya 2020” mahnı müsabiqəsində iştirak edəcək ölkələrin siyahısını təqdim etdi. Ümumilikdə 13 ölkə Varşavada keçiriləcək müsabiqədə mübarizə aparacaq:

Almaniya;
Belarusiya;
Ermənistan;
Fransa;
Gürcüstan;
Hollandiya;
İspaniya;
Malta;
Polşa;
Qazaxıstan;
Rusiya;
Serbiya;
Ukrayna.

Portuqaliyanın əvvəlcə iştirakını təsdiqləməsinə baxmayaraq, ölkə iştirakçı ölkələrin yekun siyahısında yer almır. Bu həm də, yalnız 12 ölkənin iştirak etdiyi, 2013-cü ildən bəri ən az iştirakçı sayıdır.

Almaniya ilk dəfə iştirak edərkən, Albaniya, Avstraliya, İrlandiya, İtaliya, Şimali Makedoniya, Portuqaliya və Uels yarışmadan imtina edirlər.

TVP-nin ardıcıl ikinci il ev sahibliyi etdiyi şou, bu il COVID-19 pandemiyası səbəbindən fərqli bir formatda keçəcək: 18-ci “Uşaq Avroviziya 2020” Mahnı Yarışması Varşavadan canlı olaraq bütün aparıcılar və lazımi heyəti ilə bir studiyadan yayımlanacaq. İnterval aktları Varşavadan canlı olaraq göstəriləcək.

Bütün sənətçilərin sağlamlığını qorumaq və rəqabətin hələ də ədalətli və etibarlı bir şəkildə baş tutmasını təmin etmək üçün bütün mahnılar hər iştirakçı ölkənin öz studiyasından yayımlanacaq.

Mənbə: junioreurovision.tv

Leave a Reply