Avroviziya 2020

2020 Avroviziya Mahnı Müsabiqəsi — sayca 65-ci Avroviziya Mahnı Müsabiqəsi olmalı idi. Duncan Lourencenin ifa etdiyi “Arcade” mahnısı ilə 2019 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2020-ci ildə Niderland 40 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə Niderlandın Rotterdam şəhərində, Rotterdam Ahoy arenasında “Open Up” (Açıl, kəşf et) şüarı altında keçirilməli müsabiqəyə Şantal Cansen, Edsiliya Rombli və Can Smit aparıcılıq etməli idi.

Bəli cümlələrin “olmalı idi, bitməli idi” kimi bitməsinə səbəb var. Belə ki, müsabiqə COVID-19 koronavirus pandemiyası səbəbi ilə ləğv oldu.

64 ildir kəsintisiz davam edən müsabiqə pandemiya səbəbindən ləğv olunur. Ümumilikdə 41 ölkənin mübarizə aparmalı olduğu müsabiqə mart ayında edilən açıqlamadan sonra 1 illik təxirə salındığı məlum oldu.

Yəni, müsabiqə 1 il sonra Niderland`da yenidən keçirilməsi qərarı verildi. Lakin müsabiqənin qaydalarına görə ifa edilən mahnılar sentyabr ayından əvvəl açıqlanmamalı olduğu üçün 2020-də yayımlanan mahnıların heç biri növbəti il yenidən ifa olunmayacaq. Təmsilçi seçimi isə yayımçı kanalın özündən asılı olaraq ya yeni bir təmsilçi seçiləcək ya da 2020-də seçmiş olduğu təmsilçi yenidən ölkəni təmsil edəcək.

Avropa Yayım Birliyi müsabiqənin təxirə salınmasını nəzərə alaraq 12-14-16 May tarixlərində baş tutacaq olan müsabiqənin yarı final və final mərhələrini əvəzləyəcək alternativ proqramlar hazırladı və rəsmi youtube kanalında o cümlədən qatılımçı ölkələrin yayımçı kanallarında yayımladı. Bir sözlə müsabiqə onlayn qaydada baş tutdu lakin tək fərqi bu dəfə öyrəndiyimiz müsabiqə formatında yox heçbir səsvermə olmadan hər ölkənin təmsilçisinin öz evində və ya studiyasında mahnısını ifa edərək fanatlar üçün bir araya toplanması oldu.

Bununla da müsabiqə tarixində bir ilk baş tutdu.

Maraqlı faktlar:

Müsabiqədə pandemiya səbəbindən hərşey onlayn qaydada baş tutdu. Həm müsahibələr, həm də ifalar.

Niderland ardıcıl olaraq 2-ci dəfə müsabiqənin ev sahibi olmağı bacardı.

Müsabiqə təxirə salındığı üçün eurovision rəsmi youtube kanalı hər həftə köhnə eurovision illərinin final gününü #EurovisionAgain hastagı ilə yayımladı.

Eyni zamanda Eurovision rəsmi youtube kanalında hər həftə keçmiş və 2020 Eurovision təmsilçiləri öz evlərindən mahnılar ifa etdilər və məşhur make-up artist Nikke -nin müsahibələrində onlayn qonaq oldular.

Eurovision 2020 finalı əvəzinə efirə gedən Europe Shine A Light proqramında Eurovision 2020 təmsilçiləri birliklərini göstərərək Love Shine A Light mahnısını ifa ediblər lakin Belçikanı təmsil edən Hooverphonic qrupu onlar arasında olmayıb. Buna səbəb kimi isə qrup, mahnını bəyənmədiklərini söyləmişdi.

2020 Eurovision, Jon Ola Sand üçün sonuncu direktorluq idi.

YouTube player
YouTube player

YouTube player
YouTube player
YouTube player

Leave a Reply