Avroviziya 2019

2019 Avroviziya Mahnı Müsabiqəsi — sayca 64-cü Avroviziya Mahnı Müsabiqəsidir. Netta Barzilayın ifa etdiyi “Toy” mahnısı ilə 2018 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2019-cu ildə İsrail 20 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. 1979 və 1999-cu ildən sonra bu İsraildə keçirilən üçüncü Avroviziya müsabiqəsidir. İsrailin paytaxtı olan Qüds şəhəri iki dəfə müsabiqəyə ev sahibliyi etmiş olsa da, Avropa Yayım İttifaqı və IBPC telekanalının birgə qərarı ilə Avroviziya 2019-a ev sahibliyi üçün liman şəhəri olan Tel-Əviv seçilmişdir. Müsabiqə Expo Tel Aviv arenasında, “Dare to Dream” – Xəyal etməyə cəsarət et! şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 14 və 16 may, final isə 18 may tarixində baş tutmuşdur. Erez Tal, Bar Rafaeli, Assi Azar və Lüsi Əyyub müsabiqəyə aparıcılıq etmişdir.

7 noyabr 2018-ci il tarixində Avropa Yayım İttifaqı Tel-Əvivdə keçirilən Avroviziya 2019-da 42 ölkənin iştirak edəcəyini açıqlamışdır. 2018-ci ildə Avroviziyada iştirak edən ölkələrdən Bolqarıstan maliyyə problemləri səbəbindən Tel Əvivdə keçirilən müsabiqədə iştirak etməyəcək. 27 fevral tarixində milli seçim turlarında yaranan gərginliyin ardınca Ukrayna televiziya və radio yayımları şirkəti müsabiqədə iştirak edə bilməyəcəyini elan etmişdir.

18 may tarixində baş tutan final şousunda Niderland təmsilçisi Dankan Lourens ifa etdiyi “Arcade” mahnısı ilə 498 xal toplayaraq qalib gəlmişdir. Bu Niderlandın Avroviziyada 5-ci qalibiyyəti olmuşdur.

Maraqlı faktlar:

Müsabiqə baş tutmamışa qədər müxtəlif ölkələrdən müxtəlif etiraz aksiyaları baş tutmuşdu:

  • İsrailə qarşı olan BDS hərəkatının dəstəkliyiciləri 19 yanvar tarixində Fransanın keçirdiyi milli seçim turunda səhnəyə atlayaraq “İsraildəki Avroviziyaya heç kəs getməyəcək” yazılmış olan afişaları havaya qaldırmışdırlar. Mühavizəçilərin müdaxiləsi ilə bir qrup gənc səhnədən uzaqlaşdırılmışdır
  • 20 yanvarda baş tutan İspaniya milli seçim turunun arenası qarşısında bir qrup etirazçı toplanaraq İsrailə qarşı şüarlar səsləndirmişdir

Polşanı müsabiqədə təmsil edən mahnı üçün çəkilmiş video klipdə xaç simvolunun yer aldığı üç saniyəlik səhnə son anda klipdən silinmişdir. Bu Polşada böyük etirazlara səbəb olmuş və Avroviziya xristianlığa qarşı ayrıseçkilikdə ittiham olunmuşdur.

14 may tarixində baş tutan birinci yarımfinal zamanı İsrailin KAN telekanalı bir qrup hakerlər tərəfindən kiber hücuma məruz qalmışdır. Hakerlər müsabiqənin yayımlandığı zaman kanalın canlı yayım axınına daxil olaraq qısa müddətlik “İsrail təhlükəsiz deyil, bunu görəcəksiniz”, “Raket zərbəsi təhlükəsi. Hamı sığınacaqlara” kimi şüarlar yayımlamışdırlar. KAN və Avropa Yayım İttifaqı hadisə barədə araşdırma başlatmışdır. KAN hadisənin ardınca açıqlama vermişdir: “Birinci yarımfinal zamanı yayın axınımız hücuma məruz qalmış lakin problem cəld bir şəkildə aradan qaldırılmışdır. Həmin şüarların çox insanlar tərəfindən görüldüyünü düşünmürük.”

Məşhur dünya ulduzu Madonna yeni albomundan mahnıları Quavo ilə birlikdə səhnədə səsləndirmiş və çıxışının sonunda baş verən gözlənilməz performansı ilə söz söhbətlərə səbəb olmuşdu.

Keçmiş Avroviziya ulduzları Konçita Vurst, Mons Selmerlöv, Eleni Fureyra, Verka Serdyuçka, Qali Atari, Ilanit, Dana International, Nadav Qedj və Netta Barzilay finalda interval aktlarda çıxış etmişdir. Finalda eyni zamanda dünyaca məşhur İsrail aktrisası və modeli Qal Qadot da yer almışdır.

Müsabiqədə yenidən iştirak edirlər:

  • Rusiya təmsilçisi Sergey Lazarev daha öncə 2016 Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil etmiş və finalda 3-cü yerə layiq görülmüşdür.
  • San-Marino təmsilçisi Serhat daha öncə Avroviziya 2016-da ölkəni təmsil etmişdir.
  • Şimali Makedoniya təmsilçisi Tamara Todevska daha öncə 2008 Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil etmişdir. O, eyni zamanda 2004-cü ildə Toşe Proeskini, 2014-cü ildə isə bacısı Tiyana Dapçeviçi səhnədə dəstək vokalçı olaraq müşaiyət etmişdir.
  • Macarıstan təmsilçisi Yoçi Papai daha öncə 2017 Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil etmiş və finalda 8-ci yeri tutmuşdur.
  • Serbiya təmsilçisi Nevena Bojoviç daha öncə Moje 3 qrupunun üzvü kimi 2013 Avroviziya Mahnı Müsabiqəsində Serbiyanı təmsil etmişdir.
  • Litva təmsilçisi Yuriyus daha öncə 2013 və 2015-ci illərdə Litva təmsilçilərini səhnədə dəstək vokalçı olaraq müşaiət etmişdir.
YouTube player
YouTube player

Leave a Reply