Avroviziya 2021

Sayca 65-ci Avroviziya Mahnı Müsabiqəsi. 2020-ci ildə keçirilməli olan müsabiqə Avropa Yayım İttifaqının 18 Mart 2020-ci il tarixində verilən qərara görə 2021-ci ilədək təxirə salındı. 2020 Avroviziya Mahnı Müsabiqəsi üçün seçilən təmsilçilər 2021 Avroviziya Mahnı Müsabiqəsində iştirak edə bilər lakin seçilən mahnılar 2021 Avroviziya Mahnı Müsabiqəsində istifadə oluna bilməz.

Müsabiqə 18,20, 22 May tarixlərində 2007-ci ildə Uşaq Eurovision mahnı müsabiqəsinə ev sahibliyi edən Rotterdamda yerləşən Ahoy arenada baş tutmuşdur. Bu eyni zamanda 1980-ci ildən bəri qalibiyyət əldə edə bilməyən Niderlandın uzunmüddətdir arzuladığı qalibiyyət idi.

Müsabiqədə 39 ölkə mübarizə aparırdı. Ötən illərdə iştirak etməyən Ukrayna və Bolqarıstan müsabiqəyə geri döndüyü halda, Ermənistan, Macarıstan və Monteneqro müsabiqədə iştirakdan imtina etmişdir. Bununla yanaşı Belarus müsabiqə qaydalarına zidd olan mahnı ilə qatılmaq istəmiş, Avropa Yayım Birliyi isə buna qarşılıq olaraq ölkəni müsabiqədən kənarlaşdırmışdır.

Müsabiqəyə aktrisa və aparıcı Chantal Janzen, ifaçı və şərhçi Jan Smit, 1998 və 2007-ci ildə müsabiqədə Niderlandı təmsil edən Edsilia Rombley, və məşhur niderlandlı youtuber Nikkie de Jager (Nikkie tutorial) aparıcılıq etmişdir.

Final gecəsində müsabiqəni Måneskin qrupu “Zitti e buoni” adlı italyanca mahnı ilə qazanaraq 1960 və 1990-cı illərdəki qalibiyyətdən sonra İtalyaya sayca 3-cü qələbəni gətirdi.

YouTube player

Maraqlı faktlar:

  • 2011-ci ildən bəri müsabiqənin direktoru olan Jon Ola Sand artıq öz yerini İsveçli Martin Österdahl`ya verdi.
  • 2010-cu ildə Almaniyanın qalibiyyətindən sonra ilk dəfə məhz bu il “Böyük beşlik”-dən bir ölkə müsabiqədə qalib gəlmişdir.
  • 2006-cı ildən bəridir müsabiqədə qalib gələn ilk qrup məhz Måneskin olmuşdur.
  • Fransa 1991-ci ildən, İsveçrə isə 1993-cü ildən bu günədək müsabiqədəki ən yaxşı nəticəsini elə həmin ildə əldə etmişdir.
  • 1995-ci ildən bəri ilk dəfə final 3-lüsü İngilis dilli mahnılar olmamışdır.
  • İtaliyadan fərqli olaraq digər “böyük beşlik”-dən olan Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi ölkə Niderland xalq səsverməsindən xal ala bilməmiş, həmçinin, Böyük Britaniya 2003-cü ildən sonra təkrar məhz bu il həm xalq səsverməsindən, həm də münsiflərdən 0 xal alaraq finalı 0 xal ilə sonuncu olaraq tamamlamışdır.
  • 2004-cü ildən bəridir yarımfinal iştirakçılarının mübarizə apararaq finala vəsiqə qazandıqları qaydaya əsasən bu il də Ukrayna finala keçir və hazırda indiyədək hər il müsabiqə finalçısı olmağı bacaran tək ölkə olaraq adını tarixdə saxlamağı bacarır.
  • 16 May 2021 tarixində “Firuzəyi xalı” və açılış mərasimi tədbiri Rotterdam limanında baş tutmuşdur.
  • Müsabiqə ilk dəfə fərqli formatda həyata keçdi. Pandemiya səbəbilə öncədən təklif olunna 4 ssenaridən B planı üzrə yəni sosial məsafə və müəyyən tədbirlər çərçivəsində baş tutdu. Bununla da iştirakçı ölkələrdən Avstraliya təmsilçisi öncədən kadra alınmış ehtiyat çıxış ilə müsabiqədə iştirak etdi. Digər ölkələrdən olan təmsilçilər isə Niderlanda səfər edə bilsə də, İslandiya təmsilçiləri məşqlərdən sonra komandalarında Covid testi pozitiv çıxan şəxs olduğuna görə final gecəsində arenada səhnə ala bilməmişdir. Buna görə də onların məşq zamanı qeydə alınmış çıxışları canlı olaraq efirə getmişdir.
  • Pandemiya səbəbilə AYB səhnədəki şəxslərin sayını minimuma endirmək səbəbilə təmsilçiyə müşaiət edən bekvokalistlərin öncədən səsyazma olaraq səslərini yazaraq təmsilçinin canlı ifasına dəstək olunmasına şans yaratdı.
  • Müsabiqədə iştirak edən rəsmi akreditasiyalı jurnalistlər ilk dəfə müsabiqəni evlərindən çıxmadan şərh etmə şansı qazandı. Bunun üçün xüsusi platforma yaradıldı və jurnalistlər 2 həftəlik məşq prosesini canlı olaraq öz evlərindən izləyə bildi.
  • Müsabiqəni bütün dünyadan 183 milyon insan izləmiş oldu.
  • Ötən il müsabiqə ləğv olunduqdan sonra loqotip dəyişsə də, müsabiqə şüarı dəyişlməz olaraq qaldı – “Open Up”
  • Müsabiqə tarixində ilk dəfə Azərbaycanı təmsil edən mahnıda Azərbaycanca sözlər yer alır – “Yalan da mən, yanan da mən, yaman da mən”

Leave a Reply