Avroviziya 2006

2006 Avroviziya Mahnı Müsabiqəsi— sayca 51-ci Avroviziya Mahnı Müsabiqəsidir. Elena Paparizunun ifa etdiyi “My Number One” adlı mahnı ilə 2005 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2006-cı ildə Yunanıstan ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Yunanıstanın paytaxtı Afina şəhərində Nikos Qalis Olimpik zalında keçirilmişdir. Müsabiqənin yarımfinalı 2006-cı ilin 18 may, final isə 20 may tarixində baş tutmuşdur.

2006-cı ildə Ermənistan ilk dəfə Avroviziyaya qoşulmuşdur. Avstriya və Macarıstan isə maliyyə problemlərini səbəb kimi göstərərək müsabiqədə iştirakdan imtina etmişdirlər. Serbiya və Monteneqro ilkin olaraq müsabiqədə iştirak etməyi planlaşdırsa da, ölkənin müsabiqə üçün hazırladığı seçim turunda baş verən qalmaqal Serbiya və Monteneqronun müsabiqədən kənarlaşdırılması ilə nəticələnmişdi. Belə ki, seçim turunda qalib gələn qrupa etiraz olaraq, zalda əyləşən izləyicilər qrupun üzərinə müxtəlif əşyalar atmağa başlamış və qrupu səhnədən qovmuşdurlar. Bunun ardınca Avropa Yayım Birliyi Serbiya və Monteneqronu müsabiqədən uzaqlaşdırsa da, ölkəyə Avroviziya 2006-da yalnız səsvermədə iştirak hüququ verilmişdir. Ümumilikdə 37 ölkənin iştirak etdiyi müsabiqədə Finlandiya təmsilçiləri olan “Lordi” rok qrupu ifa etdikləri “Hard Rock Hallelujah” adlı mahnı ilə qalib gəlmişdirlər. Bu 1961-ci ildən bəri Avroviziyada iştirak edən Finlandiyanın müsabiqədə ilk qalibiyyəti olmuşdur.

Maraqlı faktlar:

Bütün ölkələr xalları ölkələrdə keçirilən SMS səsverməsinə görə təqdim etsə də, Albaniya və Monako səslərin azlığı səbəbindən münsif səsverməsindən istifadə etmişdir.

1963-cü il yarışmasında Lüksemburqu təmsil edən Nana Mouskouri, Final zamanı səhnəyə dəvət olundu.

İlk dəfə məhz 2006-cı ildə vaxta qənaət etmək üçün yalnız 8, 10 və 12 xalı milli sözçülər tərəfindən oxundu. 1-dən 7-ə qədər xallar avtomatik olaraq tabloya əlavə edildi.

YouTube player
YouTube player

Leave a Reply