Avroviziya 2005

2005 Avroviziya Mahnı Müsabiqəsi — sayca 50-ci Avroviziya Mahnı Müsabiqəsidir. Ruslananın ifa etdiyi “Wild Dances” adlı mahnı ilə 2004 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2005-ci ildə Ukrayna ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Ukraynanın paytaxtı Kiyev şəhərində Kiyev İdman saraında keçirilmişdir. Müsabiqənin yarımfinalı 2005-ci ilin 19 may, final isə 21 may tarixində baş tutmuşdur.

2005-ci ildə Bolqarıstan və Moldova ilk dəfə Avroviziyaya qoşulmuşdurlar. Livanın da müsabiqədə debüt edəcəyi gözlənilsə də, ölkə Avropa Yayım Birliyi ilə İsrailin Avroviziya çıxışının Livan telekanalında yayımlanmaması ilə bağlı razılığa gələ bilmədiyi üçün Livanın müsabiqədə iştirakı baş tutmamışdır. 2005-ci ildə eyni zamanda Macarıstan beş illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Müsabiqədə ümumilikdə 39 ölkə iştirak etmişdir və bu Avroviziya tarixindəki ən yüksək göstərici idi.

39 ölkənin iştirak etdiyi Avroviziya 2005 iyirmi beş ölkənin final uğrunda mübarizə apardığı yarımfinal mərhələsindən və iyirmi dörd ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. 2003-cü ildə müsabiqədə ilk onluğa daxil olan ölkələr və eyni zamanda “Böyük dördlük” ölkələri (Ukrayna, Serbiya və Monteneqro, Yunanıstan, Türkiyə, Kipr, İsveç, Albaniya, Almaniya, Bosniya və Herseqovina, İspaniya, Rusiya, Malta, Böyük Britaniya və Fransa) müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdılar.

Avroviziya 2005-in qalibi “My Number One” mahnısı ilə Yunanıstan təmsilçisi Elena Paparizu seçilmişdir. Bu 1974-cü ildən bəri Avroviziyada iştirak edən Yunanıstanın müsabiqədə ilk qalibiyyəti olmuşdur.

Maraqlı faktlar:

Müsabiqə 50-ci ildönümü münasibətilə Ukraynada eyni zamanda Danimarkada təntənəli sürətdə qeyd edildi.

2005-ci ilin şüarı o dövrdəki ölkədəki siyasi hadisələri əks etdiriridi “Oyanış”.

YouTube player
YouTube player

Leave a Reply