
2007 Avroviziya Mahnı Müsabiqəsi — sayca 52-ci Avroviziya Mahnı Müsabiqəsidir. “Lordi” rok qrupunun ifa etdiyi “Hard Rock Hallelujah” adlı mahnı ilə 2006 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2007-ci ildə Finlandiya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Finlandiyanın paytaxtı Helsinki şəhərində Hartwall Arenada keçirilmişdir. Müsabiqənin yarımfinalı 2007-ci ilin 10 may, final isə 12 may tarixində baş tutmuşdur.
2006-cı ildə Serbiya və Monteneqro dövlətinin iki müstəqil ölkələrə parçalanmasından sonra Monteneqro və Serbiya müstəqil olaraq ilk dəfə Avroviziyaya 2007-ci ildə qoşulmuşdurlar. 2007-ci ildə eyni zamanda Çexiya və Gürcüstan da ilk dəfə müsabiqəyə qoşulmuşdur. Avstriya və Macarıstan isə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Monako maliyyə problemlərini və müsabiqədəki uğursuz nəticələrini səbəb kimi göstərərək Avroviziya 2007-də iştirakdan imtina etmişdir. Müsabiqədə ümumilikdə 42 ölkə iştirak etmişdir və bu Avroviziya tarixindəki ən yüksək göstərici idi. Azərbaycan Avropa yayım birliyinə qoşulmasının ardıyca müsabiqəyə qatıla bilməsə də ilk dəfə olaraq İTV-də yayımlamağa başlayıb.
Avroviziya 2007-in qalibi “Molitva” mahnısı ilə Avroviziyaya müstəqil ölkə kimi ilk dəfə qatılan Serbiya təmsilçisi Mariya Şerifoviç seçilmişdir.
Maraqlı faktlar:
Müsabiqə ilk dəfə yüksək görüntü keyfiyyəti ilə yayımlandı.
Avropadan sms və zəng yolu ilə 9 milyon şəxs səs verdi.