Avroviziya 1996

1996 Avroviziya Mahnı Müsabiqəsi — sayca 41-ci Avroviziya Mahnı Müsabiqəsidir. “Secret Garden” qrupunun ifa etdikləri “Nocturne” adlı mahnı ilə 1995 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1996-cı ildə Norveç ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Norveçin paytaxtı Oslo şəhərində “Oslo Spektrum” arenasında keçirilmişdir. Müsabiqə 1996-cı ilin 18 may tarixində baş tutmuşdur.

1996-cı ildə Avroviziyada iştiraka maraqlı 29 ölkənin (ev sahibini çıxmaq şərti ilə) olmasına baxmayaraq, müsabiqənin yayım vaxtı sadəcə 23 ölkənin iştirakına imkan verirdi. Avropa Yayımlar Birliyi uyğun sayda ölkənin iştirakını təmin etmək məqsədi ilə müsabiqədən öncə seçim turu təşkil etmişdi. Müsabiqədə iştirak etmək üçün 29 ölkə öz mahnılarını Avropa Yayımlar Birliyinə audio şəklində təqdim etmişdi və AYB Osloda keçirilən müsabiqədə iştirak üçün 22 mahnı seçmişdir. Geriyə qalan 7 ölkənin (Almaniya, Danimarka, İsrail, Macarıstan, Makedoniya, Rumıniya və Rusiya) isə müsabiqədə iştirakı baş tutmamışdır. Keçirilən seçim turu nəticəsində bir illik fasilədən sonra Estoniya, Finlandiya, İsveçrə, Niderland və Slovakiyanın müsabiqəyə geri dönüşünə şərait yaradılmışdır. Bənzər seçim turu sonuncu dəfə 1993-cü ildə 7 ölkə arasında keçirilmişdir.

23 ölkənin iştirak etdiyi Avroviziya 1996-da İrlandiya təmsilçisi Eymar Kuinn ifa etdiyi “The Voice” adlı mahnı ilə qalib gəlmişdir. Bu sonuncu dəfə Avroviziyada 1994-cü ildə Pol Harrinqton və Çarli MakQettiqan duetinin təmsilində qalibiyyət əldə etmiş İrlandiyanın müsabiqədə ümumilikdə yeddinci və sonuncu qələbəsi idi.

Maraqlı faktlar:

Almaniya ilk dəfə bu il seçim turu səbəbindən müsabiqədə iştirak edə bilməmişdi.

Müsabiqənin adı Eurosong 96 kimi təqdim olundu lakin növbəti gün hərkəs yenidən əvvəlki kimi təqdim etdi.

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading