Avroviziya 1997

1997 Avroviziya Mahnı Müsabiqəsi — sayca 42-ci Avroviziya Mahnı Müsabiqəsidir. Eymar Kuinnin ifa etdiyi “The Voice” adlı mahnının 1996 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1997-ci ildə İrlandiya yeddinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İrlandiyanın paytaxtı Dublin şəhərində “Point Theatre” zalında keçirilmişdir. Müsabiqə 1997-ci ilin 3 may tarixində baş tutmuşdur.

Avroviziya 1996-da müsabiqədə iştirak üçün keçirilən seçim turu bir neçə ölkənin etirazına səbəb olduğu üçün 1997-ci ildə Avropa Yayımlar Birliyi həmin seçim turunun təşkil edilməməsi qərarına gəldi. Belə ki, Avroviziyada son dörd ildə ən aşağı nəticə göstərən üç ölkə Belçika, Finlandiya və Slovakiya AYB-nin qərarı ilə Dublində keçirilən müsabiqədən kənarlaşdırıldı. Bu ölkələri müsabiqədə Almaniya, Danimarka, Macarıstan və Rusiya əvəz etdi. Eyni zamanda İtaliya üç illik fasilədən sonra müsabiqəyə geri döndü. Ümumilikdə 25 ölkənin iştirak etdiyi Avroviziya 1997-də Böyük Britaniya təmsilçiləri Katrina and The Waves pop-rok qrupu ifa etdikləri “Love Shine a Light” adlı mahnı ilə müsabiqənin qalibi seçildilər. Bu sonuncu dəfə Avroviziyada 1981-ci ildə Bucks Fizz qrupunun təmsilində qalibiyyət əldə etmiş Böyük Britaniyanın müsabiqədə ümumilikdə beşinci qələbəsi idi.

Maraqlı faktlar:

1997-ci ildə Avroviziyada ilk dəfə SMS səsverməsi tətbiq olunmuşdu. Lakin yalnız Almaniya, İsveç, İsveçrə, Avstriya və İngiltərədən səs vermək mümkün idi.

Rusiyanı təmsil edən Alla Pugacheva qalibiyyətinə o qədər əmin idiki hava limanına çatanda xüsusi limuzinin onu götürməsini istəmişdi.

YouTube player

Leave a Reply