
1983 Avroviziya Mahnı Müsabiqəsi — sayca 28-ci Avroviziya Mahnı Müsabiqəsidir. Nikolun ifa etdiyi “Ein Bißchen Frieden” mahnı ilə 1982 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1983-cü ildə Almaniya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Almaniyanın üçüncü ən böyük şəhəri olan Münhendə, Rudi-Sedlmayer-Halle sarayında keçirilmişdir. Müsabiqə 1983-cü ilin 23 aprel tarixində baş tutmuşdur.
1983-cü ildə İtaliya iki illik, Fransa və Yunanıstan isə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. İrlandiyanın dövlət kanalı RTÉ-nin işçilərinin başlatdığı tətil səbəbindən ölkənin Avroviziya 1983-də iştirakı baş tutmamışdır. 2015-ci ildə Avroviziya ailəsinə qoşulan Avstraliya ilk dəfə müsabiqəni məhz 1983-cü ildə canlı olaraq SBS kanalında yayımlamışdır. Ümumilikdə 20 ölkənin iştirak etdiyi müsabiqədə Lüksemburq təmsilçisi Korinn Erme ifa etdiyi “Si la vie est cadeau” adlı mahnı ilə qalib gəlmişdir. Və bununla da Lüksemburqun müsabiqədəki beşinci qalibiyyəti Fransanın 1977-ci ildəki rekordunu yeniləmişdir.
Maraqlı faktlar:
Müsabiqəyə bu il ilk dəfə qatılan İsveç təmsilçisi Carola Häggkvist finalda 3-cü olsa da həmin mahnısı həm, 1991-ci ildə qatıldığı və qalib gəldiyi həm də 2006-da qatıldığı və 5-ci olduğu mahnısından daha çox sevilirdi. Və həmin mahnısı Främling onu İsveçdə yetərincə məşhur etmişdi.