Avroviziya 1966

1966 Avroviziya Mahnı Müsabiqəsi — sayca 11-ci Avroviziya Mahnı Müsabiqəsidir. Frans Qallın ifa etdiyi “Poupée de cire, poupée de son” mahnısı ilə  1965 Avroviziya Mahnı Müsabiqəsində  qələbə qazanmasının ardınca 1966-cı ildə  Lüksemburq  müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı  Lüksemburq şəhərində  Villa Luvinyidə keçirilmişdir. Müsabiqə 1966-cı ilin 5 mart tarixində baş tutmuşdur.

Avstriyalı iştirakçı Udo Jürgens ardıcıl üçüncü dəfə Eurovision Mahnı Müsabiqəsində iştirak etdi və nəhayət,  “Merci Cherie”  mahnısı ilə doğma ölkəsi üçün ilk qələbəsini qazana bildi . Udo daha sonra Almandilli ölkələrin ən çox sevilən sənətçilərindən biri oldu. Buna səbəb isə müsabiqə tarixində ilk almandilli qalib olmuş mahnı idi.

Maraqlı faktlar:

 Paltarın məşqləri zamanı italiyalı iştirakçı Domeniko Modugno orkestri qane etmədi və qəzəblə səhnəni tərk etdi. Canlı şou zamanı ifa edib-etməyəcəyi bəlli deyildi, amma mahnısını  “Dio Come Ti Amo ” səsləndirdi 

Hollandiya təmsilçisi Milly Scott, yarışmada iştirak edən ilk qaradərili müğənni oldu.

İlk dəfə əldə götürülə bilən və daşınıla bilən mikrofonlardan istifadə edildi.

Müsabiqədə ilk dəfə orkestra müşaiəti olmadan mahnı ifa olundu.

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading