
1962 Avroviziya Mahnı Müsabiqəsi — 7-ci Avroviziya Mahnı Müsabiqəsidir. Jan-Klod Paskalın ifa etdiyi “Nous Les Amoureux ” mahnısı ilə 1961 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1962-ci ildə Lüksemburq müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Lüksemburq şəhərində Villa Luvinyidə keçirilmişdir. Müsabiqə 1962-ci ilin 18 mart tarixində baş tutmuşdur.
1961-ci ildə Kanndakı qələbədən sonra Lüksemburq yeddinci Eurovision Mahnı Müsabiqəsinə ev sahibliyi etdi. Səhnə parıldayan ulduzlarla bəzədilmişdi, amma təəssüf ki, axşam hissələrini görə bilmədilər, çünki Villa Louvigny’nin böyük salonunda işıqlarla əlaqədar problemlər var idi. Buna görə də Fransa və Niderland təmsilçilərinin çıxışı zamanı da elektrik kəsintilərinə görə bəzi problemlər yaşanmışdı.
Bu ilki yarışmaya qatılanların sayı 16-da qaldı. Bununla birlikdə səsvermə sistemində dəyişiklik oldu: 10 nəfərdən ibarət olan milli münsiflər heyəti üç sevimli mahnısına 3, 2 və 1 bal əlavə etməli idi.
Fransanı müsabiqədə təmsil edən İzabel Obre ifa etdiyi “Un Premier Amour” adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur. Bu Fransanın Avroviziyada 7 ildə üçüncü qalibiyyəti idi. Bununla da, müsabiqə tarixində ən çox qalib gələn ölkə olmağı da Fransa bacarmışdı.
Maraqlı Faktlar:
Ümumilikdə 4 ölkə 0 xal alaraq sonuncu olmuşdu: Belçika, İspaniya, Avstriya və Niderland.
Belçikalı Fud Leclerc mahnı müsabiqəsi tarixində dördüncü dəfə iştirak etdi, lakin heç bir nəticə vermədən sonuncu oldu.