‘Avroviziya 2024’ təmsilçilərimiz müsabiqə üçün xüsusi şou hazırlayıblar. Səhnə klipin davamı olacaq – MÜSAHİBƏ

Ölkəmizi ‘Avroviziya 2024’ müsabiqəsində təmsil edən Fahree & İlkin Dövlətov dueti ilə baş tutan müsahibəmizdə fanatları maraqlandıran bir çox suallara cavab tapmağa çalışdıq. Gəlin birlikdə bu müsahibə ərzində təmsilçilərimizin bir-birindən maraqlı suallarımıza verdiyi cavablara nəzər salaq.

Hazırda olan təəsüratlarınız nə yerdədir?

Hələ ki elə bir həyəcan yoxdur. Məncə həyəcan artıq təyyarənin içində olacaq. Hazırlıq o qədər tam şəkildə gedirdi ki həyəcana stresə vaxtımız yox idi.

Stand-in’ məşqləri baş tutdu. Öz çıxışınızın nümunəsini izləmə şansınız oldu?

Mənim həqiqətən hələ ilk addımlarımı Avroviziya seçim turlarına atanda ağlımda olan fikirləşdiyim hər şeyi səhnəyə qoyublar. Hər şey istədiyimiz kimi olub.

Səhnədə əlavələr olacaqmı?

Səhnə klipin davamı olacaq. Bizim səhnəmiz klipə bağlıdır, səhnəni başa düşmək üçün gərək klipə baxasan. Ona görə mən istəyirəm ki, klipə baxaraq təsir altında qalın və daha sonra səhnəyə baxın.

Mahnı üçün klip harada çəkilib?

Məkan olaraq açıq havada, Qobustanda çəkilib. Klip elə çəkilib ki hər kəs baxanda ayrı-ayrı detallar tapacaq. Klip çıxandan sonra söz verirəm ki, bir story çəkib klipdə olan bir mesajı bildirəcəm.

Yerli fanatlar üçün ən maraqlı məqamlardan biri də mahnının sözlərində olan dəyişiklik idi. Hamıya bəlli olduğu kimi aylar əvvəl ‘ictimaieurovision’ Instagram səhifəsində namizədləri daha yaxından tanımaq üçün təqdim olunan video çarxda namizədlərə verilən ‘mahnınızda ən sevdiyiniz hissə hansıdır?’ sualına Fahree ‘going back to diyar’ cavabını vermişdi. Ancaq mahnı yayımlananda bu hissənin  ‘Özünlə apar’ ilə əvəzləndiyinin şahidi olduq.

Fahree bu dəyişikliyə belə əsas gətirib:

Dəyişiklik olub. Sadəcə qlobal dəyişiklik deyildi. Biz mahnılarımızı göndərəndə orda məcburiyyət yox idi ki, mahnı tam şəkildə hazır olsun. Əsas ümumi struktur idi. Mən əvvəllər də qeyd etmişdim ki, mən mahnını keçən il yazmışdım. Bir il ərzində həyatımda çox şey dəyişib və mahnıda keçmişdə yaşadığım bir şeydən danışırdım. Ona görə də indidən bəhs etmək istədim.

Mərclərdəki vəziyyət haqqında nə düşünürsünüz?

Bu çox normaldır. Mən kainata və enerjiyə inanıram və məncə balans (bəyənən və bəyənməyənlər) olmalıdır. Bu balans həmişə insanı qabağa getməyə vadar edir. Mərclərdə isə kim açıq-aşkar favorit olursa onlar həmişə ön sıraya qoyulur. Və orada ‘dark horse’ deyilən ifalar var. Onlar bizi aşağı qoyur ki hamı pulunu qoyandan sonra mərc sahibi daha çox pul qazansın.  

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading