SÖNGVAKEPPNİN 2023 ÜÇÜN 132 MAHNI QƏBUL EDİLDİ

İslandiya dövlət kanalı RÚV, Söngvakeppnin 2023 üçün cəmi 132 mahnının qəbul edildiyini açıqlayıb.

Bu il təqdim olunan mahnıların sayı isə keçən illə müqayisədə 28 mahnı daha azdır.

Qeyd edək ki, İslandiya Avroviziya 2023 təmsilçisini və mahnısını yenidən milli finalın köməyi ilə seçəcək. Milli final üçün 132 mahnıdan sadəcə 10 mahnı seçiləcək. Milli finalın tarixləri bu şəkildədir:

  • Birinci yarımfinal – 18 fevral
  • İkinci yarımfinal – 25 fevral
  • Final – 4 mart

Yayımçı kanal seçiləcək 10 mahnını gələn ilin yanvar ayında ictimaiyyətə açıqlayacaq.

Xatırladaq ki, ötən müsabiqədə ölkəni Systur qrupu “Með hækkandi sól” adlı mahnıları ilə təmsil etmiş və nəticədə finalda 23 xal toplayaraq 23-cü yerdə qərarlaşmışdılar.

YouTube player

Leave a Reply