AVROVİZİYA 2023-DƏ AZƏRBAYCANIN SƏSLƏRİNİ NƏRMİN SALMANOVA AÇIQLAYACAQ

Bu ilki Avroviziyada ölkəmizin adından münsif səslərini açıqlayacaq şəxsin kimliyi bəlli olub.

Belə ki, İctimai televiziyanın aparıcılarından biri olan Nərmin Salmanova bu ilki müsabiqədə Azərbaycanın münsif səslərini açıqlayacaq.

Qeyd edək ki, Nərmin Salmanova ötən ilki Avroviziyada da ölkəmizin münsif səslərini açıqlaması üçün seçilmiş, lakin müəyyən səbəblərdən ötürü xalları canlı yayımda açıqlaya bilməmişdi.

Xatırladaq ki, müsabiqənin finalı 13 may tarixində Liverpulda baş tutacaq.

%d bloggers like this: