BİRBAŞA FİNALİST ÖLKƏLƏR İLK MƏŞQLƏRİNİ TAMAMLADI – MƏŞQLƏRİN BEŞİNCİ GÜNÜ

Bu gün Liverpulda məşq həftəsinin beşinci günü geridə qaldı. İkinci yarımfinal ölkələrindən beş ölkə və birbaşa finalist (Böyük Beşlik və Ukrayna) ölkələr ilk məşqlərini tamamladı.

Məşqlər Bakı vaxtı ilə saat 13:30-da Danimarka ilə başladı və 21:30-də Birləşmiş Krallıq ilə başa çatdı.

  • Yarımfinalist ölkələr:

İkinci yarımfinal ölkələrindən Danimarka, Estoniya, Ermənistan, Rumıniya və Belçika ikinci məşqlərini bu gün Liverpulda həyata keçirdilər. Sabah isə ikinci yarımfinalın digər ölkələri öz məşqini həyata keçirəcək.

İkinci məşqlərdən görüntüləri aşağıdan görə bilərsiniz.

Kamera çəkilişlərini izləmək üçün aşağıdakı videoya da keçid edə bilərsiniz.

YouTube player

İlk məşqini həyata keçirən böyük beşlik ölkələri və Ukraynanın səhnələri haqqında məlumatları aşağıdan görə bilərsiniz.

  • Almaniya

Birbaşa finalist ölkələrindən ilk məşq Almaniyanındır.

Çıxış çox güclü və çox böyükdür. Qrupun qara və qırmızı rənglərdə ledləri və tam üç dəqiqə ərzində yanıb sönən işıq şousu var.

Ledlər səhnənin mərkəzində duran qrupun ətrafına üçbucaq formasında yerləşdirilib.

Qrup üzvlərinin geyimləri milli finaldakı geyimlərinə olduqca bənzərdir.

  • Fransa

Sıradakı ölkə Fransadır.

Oh La La! La Zarra yoxsa Lady Gaga?

La Zarra tamamilə qara və qırmızı payetlərdən hazırlanmış uzun libası ilə səhnəyə çıxır.

Yerdən beş metr yüksəklikdə, parıldayan qara parça ilə üzəri örtülmüş və hərəkət edən platforma üzərində mahnısına başlayan La Zarra əsl divadır.

Sonra parça yoxa çıxır və sütunlar görünür. Bu həyrətamizdir.

La Zarra mahnını çox əla ifa edir və uzun notu ifa edən anda ledlərdə Fransa bayrağı görünür.

  • İtaliya

Növbəti ölkə ötən ilin ev sahibi İtaliyadır.

Bu mahnı Marco Mengoni tərəfindən ifa edilən duyğulu və klassik bir balladdır.

Marconun səhnəsində işıq və ledlərdən çoxlu istifadə olunmuşdur. Çıxış sırasında ledlərdə buludlar və ay var. Səhnə Blas Cantonun səhnəsini bizə xatırladır.

  • Ukrayna

Sıradakı ölkə ötən ilin qalibi Ukraynadır.

R&B janrı bu ilki Avroviziyada görmədiyimiz bir janrdır və “Heart Of Steel” də şüphəsiz bu ilin ən nadir və muassir treklərindən biridir.

TVORCHI səhnədə ledlərdən və işıqlardan məharətlə istifadə edir. Ledlərdə uçan simlər, klaviatura effektləri var.

Səhnədə iki qara geyimli rəqqas və 4 dənə ətrafı ledlərlə bəzədilmiş qutular var.

Çıxışın sonunda pirotexnikadan istifadə edilir.

  • İspaniya

Növbəti ölkə keçən ilin üçüncüsü İspaniyadır.

Ötən il Chanelin möhtəşəm performansından sonra Blanca Palomanın tempi biraz düşürməsinə etirazınız olmaz yəqin.

Çünki o öz unikal çıxışını Avroviziyaya gətirib. Üç dəqiqəlik saf bir çıxış görürük.

Səhnə demək olar ki, Benidorm Fest səhnəsi ilə eynidir.

Səhnənin mərkəzində Blanca Paloma və rəqqasələrin rəqs etməsi üçün dairə yaradan iki saçaqlı qırmızı iplər və onlara dramatiklik verən ağ, qırmızı və qara işıqlar var.

Söyləyə biləcəyimiz tək şey var ki, biz çıxış zamanı nəfəs almağı belə unutduq.

Çıxışın sonunda isə dumanlar var ki, bu da səhnəyə daha da dramatiklik qatır.

  • Birləşmiş Krallıq

Günün son məşqi ötən ilin ikincisi və ev sahibi Birləşmiş Krallığındır.

Yaxşı bu çox əyləncəlidir. Mae olduqca ecazkar qara gödəkcəsi və qara şalvarı ilə səhnəyə çıxır. 

Led ekranlarının qarşısında yerləşdirilmiş hündür platforma üzərində çıxışına başlayır.

Ledlərdə nəhəng pop-art üslublu qrafiklərə rast gəlirik ki, mükəmməl görünür.

Kamera çəkilişi zamanı Maenin üzünün iki hissəyə bölündüyü hissələri görəcəksiniz.

Qırmızı və qara rənglərdə geyimlər geyinmiş dörd rəqqas Maeyə qoşulur və əla bir rəqs performansı sərgiləyirlər.

Sabahın cədvəli aşağıdakı kimdir:

🇨🇾 Kipr – 13:30 – 13:50;
🇮🇸 İslandiya – 13:55 – 14:15;
🇬🇷 Yunanıstan – 14:20 – 14:40;
🇵🇱 Polşa – 14:45 – 15:05;
🇸🇮 Sloveniya – 15:10 – 15:30;
🇬🇪 Gürcüstan – 16:40- 17:10;
🇸🇲 San Marino – 17:20 – 17:50;
🇦🇹 Avstriya – 18:00 – 18:30;
🇦🇱 Albaniya – 18:40 – 19:10;
🇱🇹 Litva – 19:20 – 19:50;
🇦🇺 Avstraliya – 20:00 – 20:30.

%d bloggers like this: