SONA MAHNISIDAN VƏ KLİP HAQQINDA DANIŞDI – MÜSAHİBƏ

Uzun zamandır gözlənilən və bir çox izləyicimizin suallarına aydınlıq gətirəcək Uşaq Avroviziya 2021 təmsilçimiz Sona Əzizova ilə müsahibəmiz artıq bizim YouTube kanalımızda yayımlanıb.

YouTube player

12 xal dünəndən xəbər verdiyi kimi, “12 Sual”-ın növbəti buraxılışını artıq təqdim etdi. Ölkənin ən populyar Avroviziya verlişinin növbəti qonağı ölkəmizi gələn ay Parisdə Uşaq Avroviziya 2021 mahnı müsabiqəsində təmsil edəcək Sona Əzizova oldu.

Hazırladığımız ən maraqlı 12 suala cavab verən Sona, müsahibə zamanı mahnı, onun janrı, mövzusu, seçim prosesi, həmçinin, klip çəkilişi kimi bir çox maraqlı məqama aydınlıq gətirib. Bununla yanaşı hazırladığımız maraqlı oyunda öz Avroviziya haqqında biliklərini sınaqdan keçirib.

Mənim üçün bu müsabiqə yaxşı bir şansdır öz ölkəmi tanıtmağa. Və ümid edirəm ki, məndə alınar.” — deyə Sona qarşıdan gələn Uşaq Avroviziya haqqında danışmağa başlayır.

Artıq bildiyimiz kimi bir neçə ölkə öz təmsilçi və mahnısını təqdim edib. Bunlar arasında sənin favoritin kimlərdir?

Bəli, mən dinləyirəm. Və yəqin ki, ən çox xoşuma gələn, hələ ki, Ukrayna və Rusiyanın mahnılarıdır…” — Sona bildirib.

Mahnı seçimi haqqında səndən məlumat almaq istərdim. Mahnı seçimi yekunlaşıb? Seçim prosesi necə baş tutdu?

Mahnı artıq seçilib. Və ən çox bəyəndiyimiz 4 mahnını biz studiyada yazdıq. Sonra isə onları “focus group”-a göndərdik. Və onların arasında biz ən çox bal toplayan mahnını seçdik.

Mahnı haqqında bizimlə nələri bölüşə bilərsən? Necə bir mahnıdır?

— Mahnı insanların bir-birinə sevgisi, dostluğu və qayğısı haqqındadır. Janr isə pop-dur (populyar musiqi).

Bəs klip haqqında bizlərə nə deyə bilərsən? Ümumiyyətlə artıq baş tutub çəkilişlər?

— Klip artıq çəkilib. Hazırda montaj prosesi davam edir. Hətta deyəsən artıq tam hazırdır. Sadəcə bu haqqda hələ ki çox danışmaq istəmirəm, qoy biraz maraqlı olsun.

Sonda isə Sona sizlərdən dəstək gözlədiyini də bildirib: “Bir aydan sonra Parisdə Azərbaycan təmsil edəcəm. Mən əlimdə gələn hər şeyi edəcəm amma sizin dəstəyinizi də gözləyirəm“.

Bu və başqa bir çox maraqlı sualların tam cavabını eşitmək üçün hal-hazırda bizim YouTube kanalımızda təqdim olunmuş müsahibənin tam versiyasını izləyə bilərsiniz.

Əlavə olaraq 12xal bəyan edir ki, Sonanın ifa edəcəyi mahnı pop janrında olmaqla yanaşı bir ballada olacaq.

Qeyd edək ki, Uşaq Avroviziya 2021 mahnı müsabiqəsi bu il dekabrın 19-u Fransanın Paytaxtı Parisdə keçiriləcək. 19 ölkənin iştirak etdiyi müsabiqənin rəsmi şüarı “Imagine”-dir (Xəyal Et). Azərbaycanı bu müsabiqədə Sona Əzizova təmsil edir.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading