AZƏRBAYCAN POP JANRINDA MAHNI İLƏ TƏMSİL OLUNACAQ

Artıq çox yaxın müddətdə mahnısını təqdim edəcək olan Sona 12xal-ın ən populyar rubrikalarından biri “12 Sual”-ın növbəti qonağı olub.

Müsahibə zamanı “Səs Uşaqlar”-ın ikinci yer sahibi və Azərbaycanın Uşaq Avroviziya 2021 mahnı müsabiqəsində təmsilçisi Sona Əzizova ona ünvanlanan 12 ən maraqlı suala aydınlıq gətirib və çox maraqlı bir oyunda öz Avroviziya biliklərini sınaqdan keçirib.

Müsahibədə verilən məlumata əsasən, 12xal eksklüziv olaraq ilk dəfə xəbər verir ki, ölkəmiz gələn ay Parisdə baş tutacaq Uşaq Avroviziya mahnı müsabiqəsində pop janrında bir mahnı ilə təmsil olunacaq.

Mahnı insanların bir-birinə sevgisi, dostluğu və qayğısı haqqındadır…” — deyə Sona bildirib.

Bu, mahnı seçimi və yazılışı, klip çəkilişi kimi bir çox maraqlı detalların açıqlanacağı “12 Sual”-ın yeni buraxılışını sabah 12xal’ın rəsmi YouTube kanalında izləməyi unutmayın.

Qeyd edək ki, Uşaq Avroviziya 2021 mahnı müsabiqəsi bu il dekabrın 19-u Fransanın Paytaxtı Parisdə keçiriləcək. 19 ölkənin iştirak etdiyi müsabiqənin rəsmi şüarı “Imagine”-dir (Xəyal Et). Azərbaycanı bu müsabiqədə Sona Əzizova təmsil edir.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading