SONA: ROCK OXUMAQ İSTƏYİRƏM

19 dekabr Fransanın paytaxtı Parisdə baş tutacaq olan 19-cu Uşaq Avroviziya müsabiqəsində Azərbaycanı “Səs Uşaqlar” yarışmasının finalisti Sona Əzizova təmsil edəcək.

Bunu bugün İctimai kanalın səhər buraxılışında qonaq olan İsa Məlikov eksklüziv olaraq bildirib. Eyni zamanda Məlikov “mahnı seçim mərhələsinə bugündən etibarən start verilib. İstər Azərbaycan istər xarici bəstəkarlar öz mahnılarını seçim mərhələsinə göndərə bilər. Mahnının mövzusu barəsində isə limitimiz yoxdur” deyə söyləyib.

Təmsilçisimiz Sona isə rock janrını çox sevdiyini və elə həmin janrda da oxumaq istədiyini bildirib. Amma, rock olmasa da mahnıda tar və ya saz eşitmək istədiyini bildirib.

Avroviziya müsabiqəsinin Azərbaycandakı simalarından biri İsa Məlikov isə çox ambisiyalı və iddialı olduqlarını vurğulayıb. Məlikov qeyd edib ki, 3 il aradan sonra iddialı qayıtmaq lazımdır. Bizə hit mahnı lazımdır ki, yadda qalsın.

YouTube player

Qeyd edək ki, Sona peşəkar səviyyədə musiqi ilə məşğul olmağa 7 yaşından başlamış və Səs Uşaqlar layihəsində Zülfiyyə Xanbabayevanın komandasında qalib, ümümi müsabiqədə isə 2-ci yeri qazanmışdı. Balaca ulduzun Səs Uşaqlardakı çıxışı bir neçə dəfə “Voice Global”-ın YouTube kanalında paylaşılmış və çoxlu izlənmələr qazanmışdır.

YouTube player

Leave a Reply