EFENDİ: BİR GECƏ SABAHA QƏDƏR AĞLADI

Azərbaycanı Rotterdamda keçirilən Avroviziya 2021 müsabiqəsində təmsil edən Samirə Əfəndi MTV-də televiziya verlişlərindən birində qonaq olub. O bir çox qaranlıq məqamlara,habelə bayraq qalmaqalına da aydınlıq gətirib.

İfaçının nitqini təqdim edirik:

Efendi :

Mən nə də ki, başqaları icazə verə bilməzdik ki, bayrağımız yerdə olsun, nəinki bizimki hətta başqa ölkələrinki də. Hər zaman yerdən götürüb yuxarı qoyurduq. Mən finalda həmin bayrağı divanın üstünə sərdim ki, orda rəqs edəndə bayraq düşməsin. Arena elə qurulub ki, üstdən çəkiliş zamanı bayraq bizimlə eyni səviyədə görsənirdi. Digər insidentdə isə həmin rəqqasə xanıma başa saldıq ki, bunu eləmək olmaz. O qız da bütün rəyləri oxuyub, tərcümə edib səhərəcən ağlayırdı. Mən hərbiçi qızıyam, mənim yanımda heç kəs bayrağa hörmətsizlik edə bilməz. O qız çox həyəcanlı idi və insan nə etdiyini bilmir. Finalda bayrağı öpüb üzr istəyəcəkdi, amma bizi çəkmədilər. Hətta Birləşmiş Krallıq təmsilçisi bayraqlarını ayaqlarına dolamışdı. Mən onda işarə etdim ki, götür şəkil çəkdirək. Xahiş edirəm, bu məsələ uzanmasın. Artıq xoşagəlməz hal almağa başlayır.”

Daha sonra ifaçı Avroviziya müsabiqəsinin onun üçün böyük bir məktəb və zirvə olduğunu qeyd edərək deyib ki,bundan sonra artıq müsabiqələrə qatılmayacaq.

Amma:

” Bir neçə ildən sonra mənə yenidən şans verilsə,3-cü dəfə də təmsilçi olmaq istəyirəm. Bu dəfə çox güclü damara işləyən bir ballada oxumaq istəyirəm. İndidən o biri ifaçılara deyirəm,hazır olun.”

O həm də gələn tənqidi fikirlərə də reaksiya verib:

” Mən Nigarın mənim haqqımda olan fikirlərini səhnəyə çıxmamışdan öncə izlədim. Düzü bir az pis təsir etsə də,sonradan unutdum. Mən olsam, bəyənməsəm də ifaçıya həmişə moral dəstək verərəm. Ən azından bütün ölkəmizi təmsil edir.

Aparıcının şərhçilərin tənqidləri barəsində olan sualına Efendi:

Mənim yaş həddim və təcrübəm çatır ki, öz çıxışım barəsində, necə istədiyim barədə fikir bildirim. Mən bu obraz mənə təqdim olunanda artıq bu cür düşünmüşdüm. Mənə insanların sevgisini qazanmaq lazım idi. Buna da artıqlaması ilə nail oldum.Mənə dəstək olan, tərif edən, sevgilər yazan, tənqid edən hər kəsə sonsuz sevgilərimi göndərirəm. Mən Efendiyəm və əfəndilər kimi tərbiyə almışam. Mənim heç kəslə problemim yoxdur.”

O, sonda qeyd edib ki, 16 iyunda Yunanıstana daha sonra isə Polşa, Türkiyə və Norveçə yola düçəcək. Bundan əlavə ifaçının bir sıra ulduzlarla dueti də gözlənilir. Onlar arasında sirli Avroviziya ulduzu da var.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading