EFENDI YUNANISTANDADIR

Təmsilçimiz müsabiqə sonrası mahnımız “Mata Hari”-nin yetərincə məşhur olduğu və gündəlik olaraq yerli radio kanallarda səsləndirildiyi Yunanistanda səfərdədir.

Səfərin əsas səbəbi isə MAD video musiqi mükafatıdır. Mad TV-də yayımlanan mükafat verilişinə hər il Avrovizyada iştirak etmiş və ölkədə məşhur olan müğənniləri dəvət edirlər. 2018-də Mikolas Josef, 2017-də Kristian Kostov, 2016-da Poli Geneva və Sergey Lazarev qonaq qismində Yunanıstanın məşhur müğənniləri ilə çıxış edib.

YouTube player

Bu dəfə isə təmsilçimiz Əfəndi mükafatlandırmada iştirak edir. O, səhnədə tək olmayacaq. Yunan ifaçı Josephine ilə səhnədə yarı yunan, yarı ingilis dilində “Mata Hari” ifa ediləcəyi söyləntilər altındadır. Həmçinin, təmsilçimizin gecədə geyinəcəyi libasın müsabiqədə bir neçə dəfə öz işləri ilə seçilmiş və bu il Kipr təmsilçisi Elena Tsagrinou’nun dizayneri olmuş Celia Critharioti tərəfindən ərsəyə gələcəyi bəlli olub.

Bundan öncə isə Yunan kanallarından biri olan OPEN TV-də səhər proqramının qonağı olan təmsilçimiz “Mata Hari” mahnısı ilə Yunanistandan olan izləyiciləri və onu sevənləri salamlayıb. Ardıyca isə müsabiqədə baş verənlərdən danışıb.

YouTube player

Leave a Reply