Avroviziya Azərbaycan Rotterdam 2021

EFENDI: İŞILTILI PALTARLAR VƏ RƏNGARƏNG SƏHNƏ ŞOUSU

“12 Sual” proqramımızın bu dəfəki qonağı “Avroviziya” 2020 və 2021 təmsilçimiz Samira Efendi oldu.

Efendi müsahibə zamanı bir çox maraqlı məqamlara toxundu, izləyiciləri maraqlandıran suallara cavab verdi.

“Mata Hari” və “Cleopatra” arasındakı bənzərlik haqqında düşüncələri, klip çəkilişləri necə və harada baş tutdu, hazırlıq prosesi necə keçir, səhnədə yallı görəcəyikmi, mahnıda Azərbaycan dilində əlavələr kimin fikri olub, ehtiyat çəkilişləri və bir çox digər maraqlı mövzulara “12 Sual”-ın son buraxılışında toxunmuşuq.

Ən əsas və ən maraqlı məqam isə, təbii ki, Rotterdamda görəcəyimiz səhnə şousudur. Bu barədə Efendi’nin dedikləri:

“Hər gün məşq edirik. Həm oxuyuram, həm də rəqs edirəm. Çıxışımız üçün çox həyəcanlıyam. Çox çalışırıq ki 1 il ərzində çəkdiyimiz əməyi 3 dəqiqədə ən yaxşı formada təqdim edək. Səhnədəki hər detal fərqli olacaq. Bəzi maraqlı sürprizlər var. Hal-hazırda geyim üçün bir neçə eskizimiz var. Amma səhnədəki geyim əlbəttə ki, rahat olacaq. Səhnədə gözəl bir çıxış bizləri gözləyir. Al-əlvan və parlaq. Daha fərqli bir xoreoqrafiya olacaq. Amma rəqsin müəyyən bir hissəsində milli detallardan istifadə edəcəyik.”

Efendi eyni zamanda “Cleopatra” haqqında kiçik bir açıqlama edib:

“Cleopatra mənim üçün keçmişdə qaldı. İndi mən Mata Hari-yə köklənmişəm. Hazırda ancaq bu barədə düşünürəm.”

Müsahibəmizin tam versiyasını bizim YouTube kanalımızda izləyə bilərsiniz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: