“SƏS UŞAQLAR” YEKUNLAŞIR – FİNALDA AVROVİZİYA MAHNISI SƏSLƏNƏCƏK

Artıq bir neçə aydır ki, finalı baş tuta bilməyən İctimai Televiziyanın “Səs Uşaqlar” layihəsindən yeni xəbər var.

Bir az öncə öz Instagram hesabında canlı efirə çıxan müsabiqə münsiflərdən olan Murad Arif “Səs Uşaqlar” böyük finalının may ayında baş tutacağını açıqlayıb.

İfaçı eyni zamanda Azərbaycanı “Avroviziya 2012”-də təmsil etmiş Sabina Babayevanın “When the music dies” mahnısının da final günü səslənəcəyini də söyləyib.

Mahnını yarışmanın əsas favoritlərindən biri olan Adelina Bayseupovanın ifa edəcəyi bəlli olub.

Qeyd edək ki, finalda Avroviziya 2019 təmsilçimiz Çingiz Mustafayevin komandasından Yalkı və Əminə, Xalq Artisti Zülfiyyə Xanbabayevanın komandasından Sona və Zəminə, İfaçı Murad Arifin komandasından isə Adelina və İsgəndər qələbə uğrunda mübarizə aparacaq.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading