ANA SOKLİC “AMEN” DEYƏCƏK

Sloveniyanın ənənəvi seçim turu olan “EMA” bu il bir qədər fərqli baş tutdu. Belə ki, gecədə hər hansı mübarizə aparılmadı və şounun sonunda ölkəni müsabiqədə təmsil edəcək mahnı adı açıqlandı.

Proqramın sonunda Ana’nın “Amen” adlı mahnı ilə Sloveniyanı təmsil edəcəyi bəlli oldu. İfaçı mahnı haqqında fikirlərini belə təsvir edir:

“Amen” sevgi ilə bağlıdır, çünki sevgi çox vacibdir və mahnının mesajı çox universaldır. Mən heç vaxt bir mahnı haqqında şəxsi fikirlərimi demirəm, çünki insanlar bu barədə öz fikirlərini desə daha yaxşıdır.
Bu parçanın ən çox sevdiyim hissəsi xordur …Sanki cənnət qapılarının açılması kimidir.”

Mahnının ərsəyə gəlməsində Ana özü, Sloveniya komandası, həmçinin, 2014-cü ildə Avroviziya qalibi olmuş Conchita’nın “Rise Like a Phinoex” mahnısının söz yazarlarından biri Charlie Mason çalışıb. Eyni bəstəkar həm də Maarya-ın “Here For You” və “Beauty Never Lies”-ında müəllifidir. Daha bir maraqlı fakt isə bu yazar daha öncə məşhur müğənni Miley Cyrus ilə də iş birliyi etmişdir.

YouTube player

Xatırladaq ki, mahnı iki mərhələdə seçilmişdir. Mahnı tam olaraq münsiflər tərəfindən dəyərləndirilmişdir. Bunlar arasında “Molitva”-ın bəstəkarları və Sloveniyanı daha öncə Avroviziyada təmsil edən şəxslər, yayımıçı kanalın rəhbəri, bir neçə ifaçı və Ana özü olub.

Leave a Reply