“Avroviziya 2021” mahnıları bir-bir təqdim edilməyə davam edir. İrlandiya təmsilçisi Lesley Roy da artıq öz yeni “Maps” mahnısını təqdim edib.
Bu gün səhər ölkənin yayımçı kanalı RTE radiostansiyalarında İrlandiya adına bu il Rotterdamda səslənəcək “Maps” mahnısı təqdim olunub. Ölkənin Country Wicklow, ölkənin şərqində çəkilmiş rəsmi klip isə bir neçə dəqiqə öncə müsabiqənin rəsmi YouTube kanalında təqdim olunub.
Mahnının yazarları arasında “Avroviziya 2019”-də İsveçrənin təmsil etmiş “She Got Me” mahnısının müəlliflərindən biri də var.
İrlandiya “Avroviziya 2021” mahnı müsabiqəsinin İlk Yarımfinalında mayın 18-i çıxış edəcək.