YARIMFİNAL AÇILIŞ ŞOUSU AÇIQLANDI

Avroviziya yarışmasının finalına 94 gün qalıb. Yarışın musiqidən başqa digər ayrılmaz hissəsi isə şoulardır o şoular ki, istər dinamikasi, istər ölkə mədəniyyətini göstərməsi, istərsə də innovativliyi ilə yaddaşlarda iz buraxır. Bu ilki yarışda da məsul olan şəxslər çox maraqlı və yadda qalan bir göstəri düzəltmək niyyətindədirlər.

Belə ki, ilk yarımfinalın açılışı əslən niderlandlı olan breakdancer və onun tərəf müqabili olan xanım ifaçı tərəfindən başlanacaq. Öz dinamik və çevik hərəkətləri ilə gözoxşayan bu rəqqasın ləqəbi Redodur.(Redouan Ait Chitt) Eefje- öz ölkəsində kifayət qədər tanınmış bu ifaçı isə öz şirinli-acılı lirik ifaları ilə rəqqası müşayiət edəcək.

Rəqqas açılış şousunun detalları barədə də məlumat verib:

Rəqsin çox şəxsi bir yeri var. Həyatın təqdim etdiyi uğursuzluqları aradan qaldırmaq üçün çox insana xitab edəcək , xüsusən də bu gün dünyada hamımızın qarşılaşdığımız çətinlikləi aradan qaldırmağımıza kömək edən universal bir hekayə təqdim etmək istəyirəm. Hekayə hal-hazırda qarşılaşdığımız çətin anlardan başlayaraq birlikdə olmağımız barədədir. Ümid edirəm insanlar işimizdə özlərini tapacaq və Eefje ilə mən birlikdə sənətimizlə insanlara toxuna biləcəyik. ”

Eefje də öz ürək sözlərini bildirmişdir:

Eurovision Mahnı Müsabiqəsini izlədiyim üçün Redo ilə belə nəhəng və möhtəşəm bir yarışmada birlikdə çalışmağı özümə şərəf bilirəm. Təqdimatımız müqavimət və əməkdaşlıq ilə sıx bağlıdır. İşbirliyi sayəsində daha çox şey əldə edilə biləcəyimizi demək istəyirəm, xüsusən bu dövrlərdə bir-birimizə ehtiyac duyuruq.Çox sehrli bir an olacaq. ”

Yarışmanın yaradıcı direktoru Bekker isə Niderlandın istedadlı və ilhamverən insanlarının hekayələri ilə 3 möhtəşəm şou təşkil olunacağını sonda vurğulayıb.

Görək, vəd edilən kimi yadda qalan bir şou təşkil olunacaqmı?

Mənbə: songfestival.nl

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading