LESLEY TOY “MAPS” SÖYLƏYƏCƏK? BENNY CRISTO’ MAHNISININ ADI BƏLLİ OLUB

Artıq gündə mahnı təqdimatlarının olacağı bir dönəmə giririk. Bir aydan az bir vaxt sonra bütün 41 iştirakçı ölkə nümayəndə heyətlərinin rəhbərləri görüşəcək, və o günə qədər bütün mahnılar AYB-nə təqdim edilməlidir.

Bu vacib tarix yaxınlaşdıqca daha çox ölkələrdən xəbər almağa başlayırıq. Təqvimizdə qeyd edildiyi kimi, demək olar hər gün yeni bir mahnı eşidəcəyik. Və tarixlərdən ən yaxını Çexiya mahnısının təqdimat günüdür. Artıq sabah ölkə təmsilçisi mahnısını və onun klipini təqdim edəcək.

Ötən gün isə Benny Cristo öz fanatları ilə xüsusi hazırlanmış ZOOM-da iclas keçirib, orada mahnısının adını söyləyib. Çexiya bu il “Omaga” adlı mahnı ilə təmsil olunacaq. Mahnının qısa fraqmenti daha öncə telegram kanalımızda paylaşılmışdı.

Mahnısının adı haqqında danışılan digər iştirakçı isə İrlandiya təmsilçisi Lesley Roy’dur. Ötən gün diqqətli fanatlar maraqlı bir müşahidə aparıb və Spotify musiqi platformasında “Avroviziya” adlı albomda ifaçının adı qarşısında “Maps” qeyd edildiyini görüblər. Eyni siyahıda “El Diablo” (Kipr) və “Omaga” (Çexiya) da var.

Qeyd edək ki, ötən il bir çox mahnının adı öncədən məhs Spotify albomu vasitəsi ilə bəlli olmuşdu.

Mənbə: ESC Bubble

Leave a Reply