STINA TALLING “ELEVATE” İLƏ SİZİN FAVORİTİNİZDİR

Artıq bir-neçə saatdan sonra Norveçdə ölkənin milli seçim turu “Melodi Grand Prix 2021”-in sonuncu finalisti bəlli olacaq. On beş nəfərin yarışacağı bu gecənin sonunda yalnız bir nəfər finala vəsiqə qazanacaq.

Son beş həftə ərzində, hər Şənbə günü dörd mahnı yarışırdı və onlardan yalnız biri birbaşa finala yüksəlirdi. İndi isə bu mərhələdən keçə bilməyən bütün on beş mahnı üçün sonuncu şans veriləcək. Bu gün “Melodi Grand Prix 2021”-un sonuncu finalçısı bəlli olacaq.

Yarışacaq Mahnılar:
1. Beady Belle – Playing With Fire;
2. Jorn – Faith Bloody Faith;
3. Stina Talling – Elevate;
4. Ketil Stokkan – My Life Is Ok;
5. Maria Solheim – Nordlyset;
6. Daniel Owen – Psycho;
7. Dinaye – Own Yourself;
8. Ole Hartz – Vi Er Norge;
9. Big Daddy Karsten – Smile;
10. Landeveiens Helter – Alt Det Der;
11. Royane – Circus;
12. Marianne Pentha & Mikkel Gaup – Pages;
13. Tuveia – Bli Med Meg På Gar’n;
14. Ane.Fin –Walking In My Sleep;
15. River – Coming Home.

Və artıq “12 Xal Səsverməsi”-nin nəticələrini açıqlamaq zamanı gəlib. Sizlərdən gələn səslərin 57% toplayaraq “Elevate” mahnısı ilə Stina Talling qalib gəlib. İkinci yerdə 14% səslə Daniel Owen, üçüncü yerdə 7% səslə Royane qərarlaşıb.

Şounun özü isə hər zaman olduğu kimi canlı olaraq bizim telegram kanalımızda şərh ediləcək.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading